Sizin reklam burada

Cəbrayıl finalda uduzdu

Baxış Sayı:507

Cəbrayıl finalda uduzdu
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir. Ötən sayımızda 79 kq-da mübarizə aparan Cəbrayıl Həsənovun finala çıxdığını xəbər vermişdik. Təəssüf ki, sərbəst güləşçimiz həlledici görüşdə Kayl Duqlas Deykə (ABŞ) 0:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Üçüncü yarış günündə son iki sərbəst və bir qadın güləşçimiz mübarizəyə qoşulub. Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev (70 kq) böyüklərin mundialında debüt görüşündə ötən il dünya ikincisi olan amerikalı Ceyms Malkolm Qrinə uduzaraq (5:6) mübarizəni dayandırıb. Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov (97 kq) mundiala inamlı start verib. Təmsilçimiz təsnifat mərhələsində iranlı rəqibi Moytaba Məhəmmədşəfi Qoleyiyə 10:0 hesabı ilə qalib gəlib. Aslanbek koreyalı Jaeqanq Kimi də vaxtından əvvəl yenib. 1/4 finalda gürcü güləşçi Elizbar Odikadze ilə görüşdə 3:0 önə keçsə də, sona 20 saniyə qalmış ani diqqətsizlik məğlubiyyətlə nəticələnib – 3:4. İslam həmrəyliyi oyunlarının qalibi olan Tatyana Omelçenko (59 kq) ilk mərhələdə rusiyalı Svetlana Lipatova ilə bacarmayıb - 0:4.
Yeri gəlmişkən, Cəbrayıl Həsənov yarışla bağlı təəssüratını bölüşüb: "Bura çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Hücumu son saniyələrə saxlamışdım. Alınmadı. Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəm".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR