Sizin reklam burada

Ardıcıl ağır məğlubiyyətlər

Baxış Sayı:471

Ardıcıl ağır məğlubiyyətlər
Sofiyada keçirilən 20 yaşadək basketbolçular arasında Avropa çempionatının B divizionunda mübarizə davam edir. Şənbə günü A qrupunda yer alan yığmamız ilk oyununa çıxıb. Millimiz startda Belarusdan ağır məğlubiyyət alıb – 62:89 (14:22, 11:24, 14:25, 23:18). Endər Poladxanlı 27 xalla görüşün ən məhsuldar basketbolçusu olub. Kamran Məmmədov 18, Ömər Əhmədzadə 9, Əkbər Məmmədov 6, Georgi Keynaşvili isə 2 xal toplayıb. Rəqibin heyətində Yannis Vikentsov qələbədə 20 xalla pay sahibi olub. Günün digər qarşılaşmalarına gəlincə, Rusiya Macarıstana (69:68), Gürcüstan Kosovoya (81:77), Estoniya Moldovaya (91:40), Sloveniya Slovakiyaya (71:49), Hollandiya Lüksemburqa (66:47), Bolqarıstan Albaniyaya (84:54), Polşa Finlandiyaya (81:66), Çexiya Ermənistana (99:46), Latviya isə Belçikaya (63:60) qalib gəlib.
Dünən millimiz Latviyaya müqavimət göstərə bilməyib – 46:92 (7:18, 15:33, 14:15, 10:26). Bu dəfə Endərin oyunu alınmayıb və cəmi 6 xal qazanıb. Əvəzində Kamran 20 xala sevinib. Əkbər 8, Şirzd Şirzadov 4, Ömərlə Elşad Şirzadov hərəyə 3, Vüqar Məmişov isə 2 xalı hesabına yazıb. Latviyanın heyətində Artur Strautins 19 xal toplayıb. Üçüncü yarış günündə Sloveniya Moldovanı (135:44), Rusiya Ermənistanı (97:54), Çexiya Lüksemburqu (63:53), Polşa Portuqaliyanı (93:63), Bolqarıstan Slovakiyanı (69:56), Belçika Makedoniyanı (76:65), Finlandiya Kosovonu (84:45), Hollandiya Macarıstanı (50:42), Estoniya isə Albaniyanı (85:58) məğlub edib.
A qrupu
1. Latviya 3 3 0 6
2. Belçika 3 2 1 5
3. Belarus 2 1 1 3
4. Makedoniya 2 0 2 2
5. AZƏRBAYCAN 2 0 2 2
B qrupu
1. Sloveniya 3 3 0 6
2. Estoniya 3 3 0 6
3. Bolqarıstan 3 2 1 5
4. Albaniya 3 1 2 4
5. Moldova 3 0 3 3
6. Slovakiya 3 0 3 3
C qrupu
1. Çexiya 3 3 0 6
2. Rusiya 3 3 0 6
3. Hollandiya 3 2 1 5
4. Lüksemburq 3 1 2 4
5. Ermənistan 3 0 3 3
6. Macarıstan 3 0 3 3
D qrupu
1. Polşa 3 3 0 6
2. Finlandiya 3 2 1 5
3. Gürcüstan 2 1 1 3
4. Portuqaliya 2 0 2 2
5. Kosovo 2 0 2 2
Bu gün yarışda ilk istirahət günüdü. Sabah Belarus – Latviya, AZƏRBAYCAN – Makedoniya, Rusiya – Çexiya, Sloveniya – Estoniya, Gürcüstan – Finlandiya, Lüksemburq – Macarıstan, Bolqarıstan – Moldova, Kosovo – Portuqaliya, Hollandiya – Ermənistan və Albaniya – Slovakiya matçı baş tutacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR