Sizin reklam burada

U-20 üçün legioner oyunçu tapılmır

Baxış Sayı:636

U-20 üçün legioner oyunçu tapılmır
Hər il olduğu kimi, bu il də üç yaş qrupu (U-16, U-18, U-20) üzrə basketbol yığmalarımız Avropa çempionatının müxtəlif divizionlarında mübarizə aparacaq. Tahir Baxşıyevin baş məşqçisi olduğu U-20 bir aydan sonra Bolqarıstanın paytaxtı Sofiyada qitə birinciliyinin B divizionunda mübarizəyə start veriləcək. Bildiyiniz kimi, millimiz A qrupunda Latviya, Belçika, Belarus və Makedoniya ilə münasibətləri aydınlaşdıracaq.
Dünən komandamızın məsul yarışa necə hazırlaşdığını öyrənmək üçün Tahir Baxşıyevlə əlaqə saxladıq: “Məşqlərimiz plan üzrə davam edir. Əvvəlcə toplanışa fiziki hazırlığı yüksəltməklə başladıq. Bir müddət Tofiq Bəhramov adına Respublika stadionunda hazırlıq keçdik. İki gün olar ki, zalda məşq edirik. Texniki Universitetin idman zalında taktiki-texniki çalışmalara başlamışıq. Ölkə xaricinə yollanmaq planımız da var. İyunun 24-26-sı aralığında Gürcüstana səfər planlaşdırılır. Orda qonşu ölkənin U-20-si ilə bir neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ola bilər ki, daha bir ölkəyə səfər təşkil olunsun. Bunu da zaman göstərəcək. Komandaya gəlincə, U-18-dən üç oyunçu sərəncamımdadı. Qalanları əvvəlki uşaqlardı. Şükürlər olsun, zədə problemi yoxdu. Basketbolçuların hamısı yaxşı durumdadı. Məni narahat edən yeganə məqam limitə uyğun olaraq, bir əcnəbi oyunçu tapa bilməməyimizdi. Bildiyiniz kimi, ötən il Cordan Deyvis heyətimizdəydi. Ancaq onun yaşı indi U-20-də oynamağa imkan vermir. Onun yerinə isə başqa amerikalı tapa bilməmişik. Hazırda axtarışlarımız davam edir. Mənə “3 nömrə” lazımdı. Amerikadan da olmasa, Şərqi Avropadan bir basketbolçu tapıb, heyətə salmağa çalışacağıq. Vaxtımız isə o qədər də çox deyil”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR