Sizin reklam burada

“Sinerji Bakı” Türkiyədə birinci oldu

Baxış Sayı:518

“Sinerji Bakı” Türkiyədə birinci oldu
Türkiyənin Sidə bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı “Qran-pri” keçirilib. Birgünlük yarış “Sinerji Bakı” üçün uğurlu alınıb. Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Polivoda, Musa Mikayılzadə, Kərim Şirəliyev, Kənan Qəhrəmanlı və Telman Vəliyevdən ibarət heyətlə mübarizə aparan komandamızın heyətində ən yüksək nəticəyə Cəbrayılov imza atıb. Əla komanda işinin nəticəsi olaraq finiş xəttinə 4 nəfərlik kiçik qrupun tərkibində gələn Samir 184,9 km məsafəni 4 saat, 16 dəqiqə, 23 saniyəyə başa vurub və fotofinişə əsasən 2-ci olub. Bu nəticə həmçinin idmançımıza 30 reytinq xalı da qazandırıb. Polivoda isə qalibdən 5 saniyə geri qalmaqla ilk “5-liy”i qapayıb və 15 xala sevinib. Komanda hesabında “Sinerji Bakı” birinci yeri tutub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR