Sizin reklam burada

Stepko Azərbaycanı Rusiyaya dəyişdi

Baxış Sayı:971

Stepko Azərbaycanı Rusiyaya dəyişdi
Ötən il bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyeva ilə yaşadığı münaqişə üzündən ölkəmizi tərk edən Oleq Stepko gözlənilməz addım atıb. İdman gimnastı bundan sonra ana vətəni Ukraynanın yox, artıq bu ölkənin düşməninə çevrilən Rusiyanın şərəfini qoruyacaq. İlk Avropa Oyunlarında ölkəmizə ən çox medal qazandıran idmançı olan Stepko şimal qonşularımızdan bizimlə müqayisədə daha az maaş alacaq. Ukrayna mətbuatına danışan Oleq ölkəmizə necə gəlməsi və burda gördüyü münasibət haqda bunları deyib: “2013-cü ilin sonunda Ukrayna millisi ilə müqavilə imzalamadım və Azərbaycana keçdim. Onlar mənə hələ Moskvada keçirilən Avropa çempionatının qalibi olduqdan sonra dəvət göndərmişdilər. Mən isə bu məsələni ilin sonuna saxlamışdım. O zaman əlimdə zədə var idi. Orda məni müalicə etdirdilər. Nə istəyirdimsə, edirdilər. Xidmət yüksək səviyyədə idi”.
Qeyd edək ki, bu ay 24 yaşı tamam olacaq idmançının Rusiya vətəndaşlığına keçməsi ölkəsində satqınlıq kimi dəyərləndirilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR