Sizin reklam burada

Polinanın komandası “Qalatasaray”a uduzdu

Baxış Sayı:4 647

Polinanın komandası “Qalatasaray”a uduzdu
Qadın voleybolçular arasında Türkiyə çempionatında 16-cı turun oyunları keçirilib. Bu tur növbəti İstanbul derbisi ilə əlamətdar olub. Uğursuzluq zolağına düşən “Fənərbaxça” əzəli rəqibi “Qalatasaray”a müqavimət göstərə bilməyib - 0:3 (23:25, 20:25, 19:25). Polina Rəhimova hesabına cəmi 7 xal yazıb. “Seramiksan” evdə “Beşiktaş”la bacarmayıb – 1:3 (17:25, 23:25, 25:15, 23:25). Odina Bayramovanın 3 xalı yetərsiz qalıb. Marqarita Əzizova isə “Qartal”ın qələbəsində pay sahibi olmayıb. “Bəylikdüzü” səfərdə “Bursa BB”yə uduzub – 1:3 (22:25, 25:21, 18:25, 28:30). Yana Kulan 29 xalla görüşün ən məhsuldar voleybolçusu olub.
36 xala malik “Fənər” ilk “3-lüy”ü qapayır. “Beşiktaş” 20 xalla 7-ci, “Seramiksan” 16 xalla 9-cu, “Bəylikdüzü” isə 14 xalla 10-cu pillədə qərarlaşıb. Növbəti turda “Beşiktaş” “Bursa BB”ni, “Bəylikdüzü” “Halkbank”ı qəbul edəcəksə, “Fənərbaxça” “Nilufər”in, “Seramiksan” “Qalatasaray”ın qonağı olacaq.
İtaliya A seriyasında isə 17-ci tur geridə qalıb. “Skandiççi” doğma meydanda “Pesaro”ya şans tanımayıb - 3:0 (25:20, 25:13, 25:13). Yelizaveta Səmədova bu dəfə də ehtiyatda qalıb. 39 xalla əvvəlki kimi ilk “3-lüy”ü qapayan “Skandiççi” növbəti turda “Novara”nın qonağı olacaq.
Kişilər arasında Ukrayna çempionatının 18-ci turunda Vasif Talıbovun baş məşqçisi olduğu VNAU evdə “Dnepr”ə qalib gəlib – 3:0 (25:17, 25:12, 25:10). 41 xalla Xarkov “Lokomotiv”i ilə şərikli liderlik edən VNAU növbəti turda məhz bu komandanın qonağı olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR