Sizin reklam burada

Rəhimova derbidə sevinsə də…

Baxış Sayı:842

Rəhimova derbidə sevinsə də…
Qadın voleybolçular arasında Türkiyə çempionatında 5-ci turun oyunları keçirilib. “Fənərbaxça” derbidə “Qalatasaray”a qalib gəlib - 3:1 (25:18, 17:25, 25:14, 25:23). Polina Rəhimova cəmi 10 xal toplayıb. Bu hücumçumuzun “sarı-lacivərdlilər”də ən az xal yığdığı görüş olub. “Seramiksan” İstanbulda “Beşiktaş”la bacarmayıb - 0:3 (21:25, 11:25, 21:25). Odina Bayramovanın 8 xalı məğlubiyyətdən xilas olmağa yetməyib. Marqarita Əzizova isə komandasının qələbəsini ehtiyatdan izləyib. “Bəylikdüzü” evdə “Bursa BB”ni çətinliklə üstələyib – 3:2 (12:25, 25:21, 13:25, 25:21, 15:10). Yana Kulan hesabına 15 xal yazıb. Məğlubiyyətsiz irəliləyən “Fənərbaxça” əvvəlki kimi 15 xalla “Əczaçıbaşı” ilə şərikli liderdi. “Beşiktaş” 6 xalla 7-ci pillədə qərarlaşıbsa, “Qartal”dan 1 xal geri qalan “Bəylikdüzü” və “Seramiksan” 9-10-cu yerləri bölüşür. “Fənərbaxça” İstanbulda “Nilufər Bələdiyəsi”ni sınağa çəkəcək. “Seramiksan” “Qalatasaray”ı qəbul edəcəksə, “Bəylikdüzü” “Halkbank”ın, “Beşiktaş” “Bursa BB”nin qonağı olacaq. Turun bütün qarşılaşmaları sabah baş tutacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR