Sizin reklam burada

Firdovsi Umudovun səhhətində problem yaranıb

Baxış Sayı:430

Firdovsi Umudovun səhhətində problem yaranıb
“Ölsək də, döşəkdə öləcəyik”
İdman sağlamlıqdı, baxımlıdı, zövqlüdü, həyəcanvericidi, sevincdi. Bunlar bu sahənin görünən və müsbət tərəfləridi. Ancaq idmanda zədələr, ağrılar da qaçılmazdı. Necə gözəllik qurban tələb edirsə, idmanda da uğura gedən yol zədələrə səbəb olan ağır məşqlərdən keçir. Elə bilməyin ki, məşqçilərin işi asandı. Bəlkə də hazırlıq prosesi zamanı onlar kənardan idmançıları izləyir, sadəcə, göstərişlər verir. Ancaq məşq planının qurulması, idmançının səhhətinə, formasına nəzarət, nəticələrə görə məsuliyyət – bütün bunlar özəlliklə baş məşqçilərdə böyük əsəb və stress yaradır.
Bizə çatan bilgiyə görə, 2008-dən sərbəst güləş yığmamızda məşqçi kimi fəaliyyət göstərən, ötən ildən baş məşqçi vəzifəsinə gətirilən Firdovsi Umudovun ürəyində problemlər var. Hətta məşqlərin birində 40 yaşlı mütəxəssisin halının qəfil pisləşdiyi haqda söz-söhbət dolaşır. Çalışdırıcının səhhətiylə maraqlandıq və özüylə əlaqə saxladıq. Qazaxlı məşqçi əvvəlcə bununla bağlı danışmaq istəmədi. Ancaq hər halda, problemlərin olduğunu öyrəndik: “Əşi, boş şeydi. Normal şəkildə məşqlərə çıxıram. Ölsək də, döşəkdə öləcəyik. Bir az əsəb, həyəcan sözünü deyir. Bizim işimizi bilirsiz də. Kənardan baxan adam əsəb keçirir, o ki qala işin içində olan adam. Məşqçilik çətindi. Canımızı fəda edirik. Artıq müalicəyə başlamışam. Çox sağ olun ki, mənimlə maraqlanmısız. O qədər belə şeylər olur. Biz də şou-biznes adamları kimi problemlərimizi açıb deyəsi deyilik ki. Nəticə, sevgi qurban tələb edir. Bu yolu tutmuşuqsa, gərək sona kimi davam edək”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR