Sizin reklam burada

Yığma üzvü Belarus klubuna keçdi

Baxış Sayı:306


Qadınlardan ibarət voleybol yığmamızın üzvü Marqarita Əzizova Belarusun “Minçanka” klubuna transfer olunub. “Milliləşdirilən” diaqonal oyunçu yeni komandası ilə birmövsümlük müqavilə bağlayıb. Əzizova “10” nömrəli formada çıxış edəcək.
“Minçanka” Rusiya superliqasında çıxış edir. 27 yaşlı yığma üzvü keçidi haqda bunları deyib: “Minçanka”ya keçidimə görə çox şadam. Klub haqda çox eşitmişəm və superliqada izləmişəm. Rusiya çempionatında oynamağı həmişə çox istəmişəm”.
Xatırladaq ki, Marqarita 2012-17 aralığında “Telekom”da çıxış edib. Ölkə çempionatın qızıl və gümüş medalçısıdı. Türkiyə və Polşa klublarında da legioner həyatı yaşayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR