Sizin reklam burada

Terim azərbaycanlı jurnalistə forma bağışladı

Baxış Sayı:458

Terim azərbaycanlı jurnalistə forma bağışladı
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Rusiyada çalışan azərbaycanlı televiziya şərhçisi Elvin Kərimova rəhbərlik etdiyi komandanın formasını bağışlayıb. Belə ki, "Lokomotiv"lə dünən Moskvada keçirilən oyundan öncə təşkil olunan mətbuat konfransında həmyerlimiz "İmperator" ləqəbli mütəxəssisə rus dilində iki sual verib. Həmin an tərcüməçi Elvinin “Qalatasaray”ın Rusiyada ən çılğın azarkeşi olduğunu bildirib. Terim isə suallara cavab verdikdən sonra konfransın ardından Kərimova "Qalatasaray"ın formasını bağışlayacağını bildirib və vədinə məşqdə əməl edib.
Elvin Kərimov "feysbuk"dakı şəxsi səhifəsində bu anı həyatı boyunca gözlədiyini və "Qalatasaray"a "Başarılar, Cim-Bom!" yazaraq uğurlar arzulayıb. O, eyni zamanda 2000-ci ildən "Qalatasaray"a və şəxsən Terimə azarkeşlik etdiyini də bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR