Sizin reklam burada

İspaniya mətbuatı Kintananın “Las Palmas”a keçəcəyini iddia edir

Baxış Sayı:463

İspaniya mətbuatı Kintananın “Las Palmas”a keçəcəyini iddia edir
“Qışda Toni Kruzla bu haqda söhbət olmuşdu...”
“Qarabağ”la müqavilə müddəti mayda bitən İbrahim Şehiçlə Riçard Almeyda karyerasını başqa ölkədə, daha güclü çempionatda davam etdirmək qərarına gəldi. Son mövsümdə Çempionlar Liqasında inamlı çıxışla yadda qalan futbolçulara tələbatın olması normaldı. Klub rəhbərliyi indi daha bir problemi həll etməyə çalışır. Söhbət “Qarabağ”la anlaşma müddəti bitən Dani Kintanadan gedir.
Kintananın Şehiç və Almeydada olduğu kimi cəlbedici təklifləri yoxdu. Uzağı İspaniya sequndasında, ya da vaxtilə çıxış etdiyi Polşa elitasında mübarizə aparanların diqqətini çəkə bilər. Sadəcə, ispanın marağı başqadı. Dani “Qarabağ”dan əvvəlkinə nisbətən daha artıq maaş tələb edir. Klub rəhbərliyi də yaxşı dərk edir ki, Kintana nə Şehiçdi, nə Almeyda. Ona görə də futbolçunun “çaldığı havaya oynamaq” istəmirlər.
Belə məqamda Dani Kintananın adının “Las Palmas”la yanaşı çəkilməsi başadüşüləndi. Futbolçu hazırda İspaniyadadı və ispan jurnalist tanışları da yox deyil. Qiymətini artırmaq, “Qarabağ”lıları tələsməyə məcbur etmək üçün ən sadə maxinasiya üsulu məhz mətbuatda bu tip xəbərlərin dərc olunmasıdı.
Udlaspalmas.net saytı məlumat yayıb ki, bəs ölkəmizdə legioner həyatı yaşamış futbolçu La Liqadan sequndaya düşən “Las Palmas”dan ciddi təklif alıb. Guya klub rəhbərliyi ilə yarımmüdafiəçi arasında danışıqlar olub və keçidin baş tutması realdı.
Sport24.az saytından olan həmkarımız məsələ ilə bağlı səbəbkarın fikirlərini öyrənib. Kintana yazılanları təkzib edib: "Onlarla hec bir danışığımız və ya təklif olmayıb. Düzdü, qışda "Las Palmas"da çalışan Toni Kruzla bu haqda söhbət olmuşdu. Amma hazırda real bir şey yoxdu".
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR