Sizin reklam burada

“Traktorsazi”yə son dəqiqə şoku

Baxış Sayı:731

“Traktorsazi”yə son dəqiqə şoku
Kubokda rəqiblər müəyyənləşdi
İran çempionatında 10-cu turun oyunları keçirilib. “Göstəriş Fulad” Təbrizdə “Sepahan”la qolsuz heç-heçəyə razılaşıb. “Traktorsazi” isə səfərdə “Peykan”la bacarmayıb – 1:2. Hesab 16-cı dəqiqədə açılıb. “Qurdlar”ın futbolçusu Farzin Qarosian avtoqol müəllifi olub. Qonaqlar 65-ci dəqiqədə “status-kvo”nu bərpa edib. Əmirrza Azadani təbrizliləri sevindirib. Ancaq “qırmızı-ağlar” 90-cı dəqiqədə qapılarında növbəti topu görüb. Əmir Rustayi görüşdə son nöqtəni qoyaraq komandasını liderliyə yüksəldib. “Traktorsazi” 11 xalla 11-ci yerdədi. Bu tur xalını 8-ə çatdıran “Göstəriş Fulad” isə sonuncu pillədən qurtulub. Hesabında 8 xal olan “poladçılar” 14-cü sırada yer alıb. Növbəti turda “Traktorsazi” “Səhənd” stadionunda “Zob Ahan”ı sınağa çəkəcəksə, “Göstəriş Fulad” Abadanda “Sənət Neft”lə münasibətləri aydınlaşdıracaq. 11-ci turun bütün qarşılaşmalarının oktyabrın 31-də baş tutacağını da nəzərinizə çatdıraq.
Yeri gəlmişkən, Təbriz klublarının İran kubokunun 1/8 finalında qarşılaşacağı rəqiblər müəyyənləşib. “Qurdlar” 1/4 finala yüksəlmək üçün “Fəcr Sepasi”ni, “poladçılar” isə “Oxin Alborz”u mübarizədən kənarlaşdırmalıdı. Hər iki komanda ilk matçını səfərdə keçirəcək.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR