Sizin reklam burada

Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı

Baxış Sayı:599

Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı
“Azərbaycandakı stadionlar kiçik olsa da, hamısı yeni və baxımlıdı”
Zədə ucbatından vaxtilə formasını geydiyi “Sportinq”ə qarşı oynaya bilməyəcək Simeon Slavçevin əhvalı yerində olmasa da, bu məqam müsahibələri sıralamasına mane olmur. Bir neçə gün öncə Bolqarıstana səfər edən və yığmanın şərəfini qoruyan yarımmüdafiəçi bolqar həmkarlarımızla söhbətdə Azərbaycanda gördüklərindən danışıb: “Azərbaycan premyer-liqası 8 komandalı maraqlı çempionatdı. Orda iştirak etmək istəyən klub bunun üçün bank zəmanəti təqdim edir. Maaşların ödənilməsində heç bir gecikmə yoxdu. Azərbaycandakı stadionlar kiçik olsa da, hamısı yeni və baxımlıdı. Eyni səviyyədə üç komanda var – "Qarabağ”, "Qəbələ” və "Neftçi”. Son illər çempionatda fəal rəqabət aparırlar. Bildiyiniz kimi, bu mövsüm Avroliqanın finalı Bakıdakı Olimpiya stadionunda keçiriləcək. Paytaxt Bakı çox xoşuma gəlir, Dubayla Vyananın vəhdətini təşkil edir. İnsanlar arasında qarşlıqlı hörmət var. Buna ilk günlərdən şahid oldum".
Slavçev həmçinin “Qarabağ”dakı durumundan və ona olan münasibətdən söz açıb: "Bu klubla müqavilə bağladığıma görə şadam. Düşünürəm ki, gələcəkdə məni uğurlu mövsümlər gözləyir. “Qarabağ”a tez uyğunlaşdım. Rəhbərlik və azarkeşlər mənə rəğbət bəsləyir. "Sportinq”də isə belə şey yox idi. Ona görə də bir futbolçu kimi özümü sübut etmək istəyirəm”.
“6 nömrə”nin fikrincə, vaxtilə "Sportinq”də potensialı düzgün qiymətləndirilməyib: "Bu klub hədsiz iddialı idi. Amma heç vaxt özümü göstərmək üçün real şans verilmədi. Əminəm ki, "Sportinq"in azarkeşləri Simeon Slavçevin kim olduğunu bilirlər. Onlar mənim üçün böyük məbləğ ödənildiyinin fərqindədilər. Lakin niyə meydana çıxmadığımdan xəbərsizdilər. Bu mənim yox, məşqçilər korpusunun və rəhbərliyin problemi idi. Məni dəfələrlə öz istəyim olmadan başqa klublara icarəyə göndərdilər. Fikirləşirdim ki, barəmdə düzgün qərar verəcəklər. Ancaq səhv etdim. "Liteks"dən "Sportinq”ə gedişim düzgün deyildi. Bu klubla bağlı xoş xatirələrim yoxdu”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR