Sizin reklam burada

"Neftçi" azarkeşləri üçün cəlbedici təklif

Baxış Sayı:520

"Neftçi" azarkeşləri üçün cəlbedici təklif
Avroliqanın 1-ci təsnifat mərhələsində "Neftçi"nin Macarıstan "Uypeşt"i ilə qarşılaşacağını bilirsiz. Rəqiblər arasındakı ilk matç iyulun 12-də Bakıda, cavab oyunu 19-da Uypeştdə keçiriləcək. Təbii, hər bir komanda üçün azarkeş amili böyük önəm daşıyır. Xüsusən səfər matçlarında təmsilçilərimizin dəstəksiz qalmamasına çalışmalıyıq. Maraqlıdı ki, "Neftçi"nin sadiq azarkeşlərindən olan Kənan Hənifəyev Uypeştdəki oyuna getmək istəyənlər üçün sərfəli yol göstərib. "Ağ-qaralar"ı dəstəkləmək fikrində olanlar həmin məsləhətdən yararlana bilər.
Hənifəyev "feysbuk" səhifəsində bunları qeyd edib: "Əziz "Neftçi"sevərlər, komandamızı Avroliqada səfərdə dəstək olmaq istəyən azarkeşlərimizə sərfəli səyahət təklif edirik. 2 gecə 3 gün olmaqla Budapeşt şəhərinin gözəlliyini görməklə yanaşı, flaqmanımızın oyuna baxaraq komandamıza dəstək olmaq şansını qaçırmayın. "Lol Boutiqea Hostel City Center"də bir nəfər 49 avro olmaqla 2 gecə 3 gün qala bilər. Üstəlik, oyuna baxmaq üçün bilet və Şengen vizasına sənəd verilməsinə dəstək göstəriləcək. Qiymətə aviabilet daxil deyil. Kutaisidən uçuş etmək istəsəz, Bakı - Kutaisi - Bakı avtobus nəqliyyat xidməti 23 avro təşkil edəcək. Kutaisidən gediş-gəliş aviabilet isə təxminən 250 avrodu. İndidən qərarınızı verərək komandamızı səfərdə dəstək olaq".
Kənan bəyin özündən də bu haqda müəyyən bilgi aldıq: "Bakı – Budapeşt - Bakı aviareysi 140 avrodu. 19-22 iyul tarixində Uypeşt şəhərində 1, Budapeştdə 2 gecə qalmaq imkanı var. 3 nəfərlik yerdə bir nəfərin qiyməti 70 avro olacaq, əlavə olaraq 35 avro viza rüsumu təşkil ediləcək. "Neftçi" azarkeşləri üçün özəl endirimli tur təklifi hazırda bu qiymətdədi. Ancaq qiymətlərdə dəyişikliklər ola bilər. Macarıstana getmək istəyənlər üçün daha bir variantı Kutaisidən təmin edə bilərik. Hardasa 20-30 avro fərq olacaq. Say artdıqca otel qiymətlərində endirim əldə etmək mümkündü. Qrup qiyməti təşkil etmək olar. Viza məsələsində sənəd yığıb anket doldurulmasında dəstək verə bilərik".
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR