Sizin reklam burada

“Dalğa Arena” avrokubok mövsümünə hazırdı

Baxış Sayı:694

“Dalğa Arena” avrokubok mövsümünə hazırdı
AFFA-nın infrastruktur direktoru: “Ötən ildən belə təcrübəmiz var, cidddi çətinlik omamalıdı”
Təxminən iki həftə sonra klublarımız avrokubok mövsümünə start verəcək. “Qəbələ”, “Keşlə” və “Neftçi”dən hansının qitə turnirinə evdə, hansının səfərdə başlayacağını püşk müəyyənləşdirəcək. Bəlli olan odu ki, paytaxt təmsilçiləri rəqiblərini Mərdəkanda - “Dalğa Arena”da qəbul edəcək. “Qəbələ” hələlik ilk mərhələni evdə keçirəcək, ancaq növbəti raunda adlayacağı halda paytaxta köçəcəyi, “Dalğa Arena”ya sığınacağı gözləniləndi. Çünki bölgə təmsilçisi də oranı sifariş verib. Arenanın durumunu, qazonun qaydasında olub-olmadığını öyrənmək istədik və bu məqsədlə əvvəlcə Vüqar Haşımovla əlaqə saxladıq. Stadionun gənc direktoru “yuxarı”yla məsləhətləşdikdən sonra suallarımızı cavablayacağını desə də, bir xəbər çıxmadı. Belədə özümüz “yuxarı”ya, onun rəhbəri – AFFA-nın infrastruktur üzrə direktoru Kamran Vəliyevə “çıxdıq”.
- Bir neçə gün əvvəl U-21 "Dalğa Arena"da yoldaşlıq görüşü keçirdi. Millinin məşqləri də sizin arenada olurdu. Bunu nəzərə alsaq, ot örtüyündə problem yaranmayıb?
- Xeyr, ot örtüyü qaydasındadı. Ciddi problemimiz yoxdu.
- Avropa Liqası üçün üç klubumuz - "Neftçi", "Keşlə" və "Qəbələ" "Dalğa Arena"nı sifariş verib. Bu məqam çətinlik yaratmayacaq ki?
- “Neftçi” və “Keşlə” ev oyunlarını “Dalğa Arena”da keçirəcək. “Qəbələ” birinci mərhələdə təmsil olunduğu şəhərdə oynayacaq. Belədə iki klubun bizim stadionda oynaması, düşünmürəm ki, çətinlik yaratsın. Çünki ötən ildən belə təcrübəmiz var, cidddi çətinlik omamalıdı.
- Təqvim necə qurulmalıdı ki, stadion yüklənməsin?
- Təqvimi biz AFFA-da ota baxan şirkət var, onun mütəxəssisləri ilə razılaşdırırıq. “Aqrorsport” şirkətinin mütəxəssisləriylə məsləhətləşmələr apardıqdan sonra oyunların və məşqlərin qrafikini təyin edirik. Onlar tərəfindən müəyyən baxım proqramı hazırlanır. Stadionun yüklənməsindən yayınmaq və ot örtüyünü yaxşı vəziyyətdə saxlamaq üçün müəyyən işlər görüləcək. Bu istiqamətdə də problem olmamalıdı.
- Belə başa düşdük ki, arena avrokubok mövsümünə hazırdı. Nəsə yeniliyə, yenidənqurma işinə ehtiyac duymursuz?
- Bəli, hazırıq. Qeyd etdiyim kimi, proqrama əsasən müəyyən işlər görüləcək. Əslində onlar daim, ilboyu görülən işlərdi. Eyni zamanda, ota baxımla bağlı aylıq standart işlər görülür. Sadəcə, bu arada baxım proqramına daha çox diqqət ayrılacaq. Avrokubok matçlarından əlavə, milli də arenamızda məşq edir, oynayır ki, bu da ot örtüyünə xüsusi baxım tələb edir. “Aqrosport” şirkəti tərəfindən havalandırma, dərmanlama, gübrələmə işləri görüləcək. Qeyd etdiyim kimi, bunlar əslində gündəlik görülən işlərdi, sadəcə, yüklənməni və sıx qrafiki nəzərə alaraq, intensiv baxım proqramı tətbiq olunacaq.
- Hazırda "Bakcell Arena" təmirdədi, Zirə Olimpiya Kompleksi də təmirə bağlanacaq və ilkin rəyə əsasən bu stadionların ot örtüyünün dəyişdirilməsini premyer-liqanın startına qədər çatdırmaya bilərlər, yəni yubanma olacağı gözlənilir. Belədə həm "Neftçi"nin, həm də "Zirə"nin yeni mövsümün ilk oyunlarını "Dalğa Arena"da keçirmək variantı gündəmdədi. Arena buna hazırdı?
- Doğrudu, “Bakcell Arena” təmirdədi, eyni zamanda, Zirə Olimpiya Kompleksində təmir planlaşdırılır. Yubanma deməzdim, sadəcə, işə başlama qrafiki elədi ki, çempionatın ilk ev oyunlarını öz stadionlarında keçirə bilməyəcəklər. Biz həmin klublarla danışıq aparırıq. Bu, tam olaraq, qrafikdən, təqvimdən asılı olacaq. Yəni “Keşlə” və “Zirə”nin çempionatdakı ev oyunlarının tarixi həmçinin “Keşlə” ilə “Neftçi”nin Avropa Liqasında mərhələ adlamasından asılıdı. İndidən nəsə demək olmur. Yüklənmənin nəticələri ilə bağlı fikir bildirmək üçün hələ tezdi. Həm yerli çempionatın, həm də avrokubokların təqvimi tam müəyyənləşəndən sonra bu haqda nəsə demək olar.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR