Sizin reklam burada

Qriqorçukun işsiz dönəmi 72 saat çəkdi

Baxış Sayı:614

Qriqorçukun işsiz dönəmi 72 saat çəkdi
“Qəbələ”dən ayrılan Roman Qriqorçukun işsiz günləri o qədər də çox çəkmədi. Kubokun finalından sonra “qırmızı-qaralar”dan ayrılacağını bildirən ukraynalı mütəxəssis təxminən 72 saatdan sonra, dünən “Astana” ilə müqavilə bağladı. Şimallıların sabiq çalışdırıcısı artıq Qazaxıstan mətbuatına da açıqlama verib: “Astana”nın baş məşqçisi olduğum üçün qürur duyuram. Görülən böyük işlərin sayəsində “Astana” Avropa futbolunda tanındı. Bu, bizim məsuliyyətimizi artırır. Bu komanda qələbə qazanmağa öyrəşib. Mənim işim də məhz bu istiqamətdə olacaq. Mövsümün əvvəlində hazırlıq keçmədiyim komandanı qəbul etməyimə gəlincə, bu sual ətrafında çox düşünmüşəm. Mövzu barədə çox danışmaq olar. “Astana” artıq qarşısına yüksək hədəflər qoyulan klub səviyyəsindədi. Yaxşı nəticələr qazanmaq üçün məzmunlu oyun lazımdı. Digər tərəfdən, mən hansısa gərginlik görmürəm. Sadəcə, işləmək lazımdı. Mən çox şeyi bacaran komandaya gəlmişəm. İdeal heç nə yoxdu. Nələrisə yaxşılaşdırmaq üçün zaman var. Mən “Astana”ya qələbələrin davamını gətirmək üçün kömək etmək istəyirəm. Mən və komandam hər gün inkişaf etməliyik”.
53 yaşlı mütəxəssis bildirib ki, "Qəbələ"dən özünə yeni köməkçi gətirməsinin anlamı yoxdu. O həmçinin deyib ki, "Astana" ilə ilkin razılığı olub. Yekun qərarı isə bugünlərdə verib.
Qriqorçuk Astanaya gəlişinin iyunun 5-də keçiriləcək Qazaxıstan - Azərbaycan matçı ərəfəsinə təsadüf etdiyini vurğulayıb. O, komandada ciddi dəyişikliklər etməyə hazırlaşmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, Roman Qriqorçuk "Astana"nın baş məşqçi postunda Qriqori Babayanı əvəzləyib. Bu təyinatdan sonra erməni əsilli Babayan ukraynalı mütəxəssisin əsas köməkçisi olacaq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR