Sizin reklam burada

Araz Abdullayevdən növbəti qol

Baxış Sayı:681

Araz Abdullayevdən növbəti qol
Cənubi Kipr çempionatında ikinci mərhələ start götürüb. “Anortosis” səfərdə AEK-lə heç-heçə edib – 2:2. Start heyətində yer alan Araz Abdullayev 32-ci dəqiqədə başla hesabı açıb. Bu, həmyerlimizin cari mövsümdə 3-cü qolu olub. Yarımmüdafiəçi 74-cü dəqiqədə əvəzlənib. 57 xalla ilk “3-lüy”ü qapayan “ağ-göylər” növbəti turda “Apollon”u qəbul edəcək.
Türkiyə çempionatında 24-cü tura start verilib. “Gənclərbirliyi” Ankarada “Alanyaspor”a uduzub – 0:1. Dəniz Yılmaz “18-liy”ə salınmayıb. 26 xalla 13-cü pillədə qərarlaşan “qırmızı-qaralar” növbəti turda İstanbulda “Beşiktaş”la münasibətləri aydınlaşdıracaq.
Qardaş ölkənin 1-ci divizionunda 25-ci turun oyunları keçirilib. “Samsunspor” evdə “Rizəspor”la qolsuz “sülh”ə razılaşıb. Ufuk Budak 21-ci dəqiqədə meydana daxil olub. 29 xalla 14-cü sırada yer alan “ağ-qırmızılar” növbəti turda evdə “Elazığspor”la qarşılaşacaq.
İkinci bundesliqanın 25-ci turunda “Ertsgebirge” səfərdə “Sandhauzen”lə heç-heçə edib – 1:1. Dmitri Nazarov 84-cü dəqiqədə əvəzlənib. 29 xalla 25-ci yerdə qərarlaşan “bənövşəyilər” növbəti turda Berlində “Union”la üz-üzə gələcək.
Portuqaliyanın 1-ci divizionunda “Sportinq”in 2-ci komandası evdə “Aroka”ya uduzub – 0:2. Zədəli Budaq Nəsirov bu oyunu da buraxıb. 31 xalla 15-ci sırada yer alan “zolaqlılar” 28-ci turda “Santa Klara”nın qonağı olacaq.
Hollandiyanın 1-ci divizionunda 27-ci tur start götürüb. “Velveyk” azarkeşləri önündə “Neymegen”lə bacarmayıb – 0:2. Start heyətində yer alan Ozancan Kökcü 62-ci dəqiqədə əvəzlənib. Ziya Əzizovlu “Den Boş” isə bu gün “Utrext”in gəncləri ilə qarşılaşacaq. 24 xalla sondan ikinci – 19-cu olan “Velveyk” növbəti turda PSV-nin əvəzedicilərini qəbul edəcək.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR