Sizin reklam burada

Arazdan öldürücü zərbə, Rüfətdən het-trik

Baxış Sayı:503

Arazdan öldürücü zərbə, Rüfətdən het-trik
Deyəsən, uzun müddət "futbolçularımız xaricdə üzümüzü ağartmır" sözləri ilə qapıldığımız ümidsizliyə son verən tapılacaq. Belə ki, Cənubi Kiprdə legioner həyatı yaşayan Araz Abdullayev növbəti qolu ilə azərbaycanlı futbolsevərləri qürurlandırdı. O ölkə çempionatının 15-ci turunda fərqlənib. Abdullayevin şərəfini qoruduğu "Anortosis" "doğma divarlar" arasında “Alki Oroklinis”lə qarşılaşıb. Bu matçda meydan sahibləri 2:1 hesablı qələbəyə sevinib. Araz start heyətində meydana çıxıb və sonadək oynayıb. Komandasının qələbə qolunu da o vurub. Millimizin üzvü 90+1-ci dəqiqədə mükəmməl zərbəylə tribunaları ayağa qaldırıb. Bu, yarımmüdafiəçinin Cənubi Kipr çempionatında ikinci qoludu. Onu da qeyd edək ki, "Anortosis" 33 xalla turnir cədvəlinin lideridi.
Rüfət Dadaşov isə Almaniyanın regional liqasında qolları sıralamaqdadı. Onun məxsus olduğu "Dinamo" hesabat turunda evdə "Lukenvalde" ilə qarşılaşıb. Meydan sahiblərinin böyük hesabla qalib gəldiyi (5:0) matçda Dadaşov het-trik edib. O 21, 64 və 75-ci dəqiqələrdə fərqlənməklə qələbədə əsas pay sahibi olub. Bununla da Dadaşov cari mövsümdə qollarının sayını 20-yə çatdırıb. "Dinamo" 18 turdan sonra 36 xalla 2-ci pillədədi. Dadaşov bu performansı ilə yenidən yığmaya qayıtmaq şansını bir qədər də artırıb.
Ölkə xaricində top qovan digər futbolçularımızım komandaları da həftəsonu çempionat oyunları keçirib. Almaniyanın 2-ci bundesliqasında 17-ci turun oyunları keçirilib. Toğrul Eratın formasını geydiyi “Duysburq” da səfərdə “Sankt-Pauli” ilə qarşılaşıb. Oyun qollu bərabərliklə bitib - 2:2. Erat qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. “Duysburq” geridə qalan turlarda topladığı 23 xalla 10-cu pillədə qərarlaşıb.
Rauf Əliyevli “Kukesi” Albaniya çempionatının 14-cü turu çərçivəsində doğma meydanda “Luşnya” ilə qarşılaşıb. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda start heyətində şans qazanan Rauf sonadək meydanda olub. “Kukesi” hazırda 22 xalla 4-cü pillədədi. Türkiyə superliqasında 15-ci turun oyunları reallaşıb. Dəniz Yılmazın formasını geydiyi “Bursaspor” doğma meydanda “Fənərbaxça” ilə üz-üzə gəlib. "Timsahlar" bu oyunda minimal hesabla məğlub olub (0:1). Dəniz görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Bursaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qardaş ölkənin 1-ci liqasında mübarizə aparan "Samsunspor" 15-ci tur çərçivəsində səfərdə "Dənizlispor"la qarşılaşıb. Qonaq komandanın start heyətində yer alan Ufuk Budak 70 dəqiqə oynayıb. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Samsun təmsilçisi 16 xalla 14-cü yerdədi.
FARIZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR