Sizin reklam burada

"Qarabağ" - "Atletiko" matçına 25 min bilet satılıb

Baxış Sayı:593

"Qarabağ" - "Atletiko" matçına 25 min bilet satılıb
Oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsinin 3-ci turu çərçivəsində "Atletiko"yla üz-üzə gələcək "Qarabağ"ın oyununa bilet satışı davam edir. Olimpiya stadionunun rəsmi “feysbuk” səhifəsində yerləşdirilən xəbərdə artıq 25000 biletin satıldığı qeyd olunub. Öz növbəsində Ağdam klubu azarkeşlərinə müraciət edib. Onlayn qeydiyyatdan keçən şəxslərə satış mərkəzlərinə yaxınlaşıb əldə etdikləri vauçerləri biletlərə dəyişməyin vacibliyi vurğulanıb. Xahiş olunur ki, bunun üçün görüşün startını gözləmək lazım deyil.
Xatırladaq ki, "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-də Olimpiya stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR