Sizin reklam burada

Rauf Əliyev müqavilə bağlamaq üçün Albaniyaya gedib

Baxış Sayı:619

Rauf Əliyev müqavilə bağlamaq üçün Albaniyaya gedib
Millimizin üzvü Rauf Əliyevin tezliklə “İnter”ı tərk edəcəyi ilə bağlı məlumat vermişdik. O, klubun taleyi qaranlıq olduğundan və həmçinin dərin maliyyə böhranı yaşadığından komandanı tərk etmək qərarını vermis, rəhbərliyə bu haqda bildirmişdi. 2018-ci ilin yayına qədər “İnter”lə müqaviləsi olan futbolçu özü də açıqlamasında getmək istədiyini bildirmişdi. Namizədlər arasında “Qarabağ”, “Səbail” və “Qəbələ” də var idi. Ən real namizəd kimi “qırmızı-qaralar”ın adları çəkilirdi. Lakin Raufa xaricdən də “elçi” tapılmışdı. Bu, Albaniyanın “Kukesi” klubudu. Həmin ölkənin supersport.al saytı 28 yaşlı hücumçunun klubla birillik müqavilə imzalayacağını xəbər vermişdi.
Əliyev özü məsələ ilə bağlı açıqlama verməsə də, demişdi ki, iki-üç günə hər şey bəlli olacaq. Deyəsən, artıq məsələ həll olunub. Rauf dünən Bakı-İstanbul-Tirana reysi ilə Albaniyaya yollanıb. Forvard “Kukesi” ilə birillik müqavilə bağlayacaq. Futbolçunun məşqlərə qoşulmaması da bunu sübut edir. Komandanın baş məşqçisi Zaur Svanadzeni dinləyək: “Rauf son iki gündə məşqlərdə iştirak etməyib. Onun gedəcəyi hamımıza bəlli idi. Biz də bu üzdən harda olduğu ilə maraqlanmamışıq. Yəqin ki, artıq Albaniyaya gedib. Əliyevin yoxluğu komanda üçün ciddi itkidi”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR