Sizin reklam burada

Alesionun dostu koronavirusdan dünyasını dəyişib

Baxış Sayı:365


“8103-ə iki dəfə mesaj göndərmişəm”
Koronavirus epidemiyasından, belə deyək, karantin rejimindən ən çox vətənindən kənarda işləyən, oxuyan, idmanla məşğul olanlar əziyyət çəkməkdədi. Bilmirlər ki, özlərini qorusunlar, yoxsa evlərindəki yaxınlarının dərdini çəksinlər. Futbolda və futzalda kifayət qədər əcnəbi var.
Onlardan biri də futzal yığmamızın və “Araz”ın baş məşqçisi Joze Alesio da Silvadı. O da iki aya yaxındı idmansız qalıb, evdə oturmağa məcburdu. Ona görə də növbəti müsahib kimi Alesionu seçdik ki, həm burdakı durumdan danışaq, həm də vətəni Braziliyadakı.
- Karantinlə neynirsiz? “Dil tapa” bilirsiz?
- Hamı necə, mən də elə. Demək olar, bütün gün evdəyəm. İnternetdən nələrsə oxuyuram, dostlarla görüntülü bağlantı edib danışırıq, futzalçılarla məşqlər barədə söhbətləşirəm. Bütün bunlarla yanaşı, özüm də məşqlərdən qalmıram.
- Yetirmələrinizin fiziki durumunu da nəzarətdə saxlayırsız yəqin.
- Yəqin yox, dəqiq. Hər birinə fiziki hazırlıq üzrə məşq proqramı verilib, həmin proqram əsasında çalışırlar. Bəzən canlı bağlantı edib baxıram.
- Evdə oturmaq sıxıcıdı, yoxsa belə istirahətə ehtiyacınız var idi?
- Məncə, heç kim belə istirahət istəməz. Çünki bunun adı istirahət deyil. Çox çətindi, alışmaq olmur. Daim hərəkətdə, ünsiyyətdə olmağa alışmış adamam. İşləməkdən zövq alıram, nəinki oturmaqdan. Birdən-birə evə təhkim olunmaq adama ağır gəlir. Amma nə etməli, dözməliyik.
- Məşqləri, internet ünsiyyətini başa düşdük. Başqa nə edirsiz? Arada harasa çıxırsız?
- Qonşuluğumda yoldaşlıq etdiyim bir nəfər var. Demək olar, hər gün ölkədəki vəziyyətlə bağlı məlumatları ondan alıram. Qadağalardan, qayda-qanunlardan xəbərdar edir məni. Harasa çıxmaq istəyəndə onun köməyi ilə dövlətdən SMS icazəsi alıram. Harasa getmək deyəndə ki, marketə gedirəm, o da binamızın altındadı. Fürsətdən istifadə edib xalqın qayğısına qaldığına, vaxtında önləyici tədbirlər gördüyünə görə ölkə rəhbərliyinə təşəkkür etmək istəyirəm. Həqiqətən də vaxtında addım atdılar, real təhlükənin qarşısını aldılar. Özünüz də görürsüz ki, İtaliya, İspaniya, Hollandiya kimi aparıcı Avropa ölkələrində nə qədər insan tələfatı baş verdi.
- SMS icazəsi dediz. Siz də 8103-ə mesaj göndərirsiz?
- 8103-ə iki dəfə mesaj göndərmişəm. Heydər Əliyev Mərkəzinin yaxınlığında qalıram. İcazəni də orda piyada gəzmək üçün almışdım ki, həm hərəkət edim, həm də havamı dəyişim.
- Səmimi deyin, koronavirusun varlığına inanırsız?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR