Sizin reklam burada

Karantinin yaşatdıqları üç cümlədə

Baxış Sayı:266


Koronavirus pandemiyası futbola da ciddi təsir göstərdi. Pandemiyanın sürətlə yayılması ölkə çempionatlarının, avrokubokların, beynəlxalq turnirlərin dayandırılmasına səbəb oldu. Təbii ki, Azərbaycan dünya futbol ailəsindən ayrı deyil. Artıq bir aydan çoxdu ki, ölkədə xüsusi karantin rejimi tətbiq olunub və bütün idman yarışları, kütləvi tədbirlər dayandırılıb.
Bəs futbolla bağlılığı olanlar üçün karantin müddəti necə keçir? Onların həyatında nəyin yeri görünür? Fərqli futbol adamlarına müraciət edib, karantin dövründə yaşadıqlarını üç cümlə ilə ifadə etmələrini istədik.
Elman Himayətoğlu (“Zirə”nin baş meneceri): “İlk və ən önəmlisi odu ki, pandemiya bizə hər şeyin, həyatın bütünlüklə iflic ola biləcəyini anlatdı. Bütün hallarda insanların hər şeydən bezə biləcəyini başa düşdüm. Və futbol dünyadakı ən böyük sevgilərdən biridi”.
Vaqif Heydərli (menecer): “Pandemiyanın ortaya çıxardığı faciəvi nəticələr insanlara anlatdı ki, gigiyena qaydalarına əməl etmək çox vacibdi və sağlamlıq ən öndə gəlir. Hamı meqagüclərin və saysız-hesabsız maliyyə dayaqlarının belə aciz qaldığının şahidi oldu. Bütün bəşəriyyət gözlə görülməsi belə mümkün olmayan bir vurusla məhv ola bilər”.
Rauf Əliyev (“Səbail”in hücumçusu): “Karantin - çətin keçən dövr, darıxdırıcı vəziyyət, səbr etmək”.
Asim Xudiyev (beynəlxalq dərəcəli hakim-inspektor): “Karantin başlayandan lazımi qaydalara əməl etmək məcburiyyəti. Evdə məşq, keçmiş oyunları izləyib, hakim işini təhlil etmək. Bu vəziyyətin tezliklə başa çatmasını gözləmək”.
Səbuhi Sədəf (jurnalist): “Karantin - dostlardan kənar qalmaq acısı. Karantin - özünütəcrid faciəsi. Karantin - “Futbol+”sizlik”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR