Sizin reklam burada

Əmrə Mor Yunanıstanı tərk etdi və maska taxmadı

Baxış Sayı:290


Ulduzu tez parlayıb tez də sönən futbolçulardan biri Əmrə Mordu. 2016-cı ildə qısa müddət ərzində adından söz etdirən və Türkiyə yığmasının o dönəmdəki baş məşqçisi Fatih Terim tərəfindən AÇ-yə aparılan Əmrənin barıtı elə biratımlıq imiş. Ona görə böyük pullar ödənilməsinə baxmayaraq, gənc vinger özünü nə Dortmund “Borussiya”sında göstərə bildi, nə də “Selta”da. Terim ötən yay Əmrəni “Qalatasaray”a gətirdi. Amma 22 yaşlı futbolçu yenə ümidləri doğrultmayaraq qış fasiləsində “Olimpiakos”a icarəyə verildi. Yunanıstanda o, hər ikisi ölkə kuboku çərçivəsində olmaqla cəmi 2 rəsmi oyuna çıxıb. Əmrə Mor aprelin 13-də özəl təyyarəylə doğulduğu ölkə olan Danimarkaya uçub. İspaniya mətbuatında “Əmrə Yunanıstandan qaçdı” tipli xəbərlər peyda olub. Amma məlum olub ki, Yunanıstanda sərt karantin dönəmi aprelin 27-nə qədər uzadıldığından rəhbərlik əcnəbi oyunçulara özəl təyyarəylə ikihəftəliyə ölkəni tərk etməyə icazə verib. Əmrə Yunanıstandan ayrılmasının transferlə bağlı olmadığını bildirərək bunları deyib: “Heç yerə qaçmamışam və transfer məsələsi də gündəmdə deyil. Sadəcə, bu çətin zamanda ailəmlə birgə olmaq istədiyim üçün Danimarkaya gəlmişəm. Bu səyahətin transferlə heç bir əlaqəsi yoxdu. “Olimpiakos”un oyunçusuyam və bu klubda xoşbəxtəm. Uğur qazanacağıma da inanıram”.
Bu arada sosial şəbəkədə az qala hər paylaşımı qalmaqala səbəb olan Əmrə Mor təyyarədə şəkil çəkdirərkən maska taxmayib. Bu üzdən o, paylaşdığı şəkildən sonra böyük tənqid atəşinə məruz qalib. Qeyd edək ki, Yunanıstanda insanlar eynilə ölkəmizdəki kimi çölə yalnız SMS göndərdikdən sonra çıxa bilirlər. Maraq üçün Yunanıstanda koronavirusa yoluxanların sayının 2000-i ötdüyünü, dünyasını dəyişənlərin sayının isə 99 nəfər olduğunu bildirək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR