Avropa çempionatının elit mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət yığmanın heyəti açıqlanıb. Baş məşqçi Vüqar Məmməd 20 futbolçuya dəvət göndərib. Martın 15-dən 27-dək Rusiyanın Krasnodar şəhərində təlim-məşq toplanışı və rəsmi oyunlar keçirəcək komandaya bu futbolçular çağırılıb: Nail Alışov, Turan Vəlizadə (hər ikisi “Neftçi”), Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Tural Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”), Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı (hamısı “Qəbələ”), Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Sabah”), Elnur İbrahimov (“Spartak-2”, Moskva/Rusiya), Rüstəm Samuqullin (“Stroqino”, Moskva/Rusiya), Sərhad Daşdəmir (“Fayld”, İngiltərə), Kamran Quliyev (“Yonova”, Litva), Murad Mahmudov (“Frankfurt”, Almaniya).
Qeyd edək ki, yığma martın 20-də Rusiya, 23-də İrlandiya, 26-da Rumıniya ilə görüşəcək. İkinci qarşılaşma Bakı vaxtı ilə saat 13.00-da, digər matçlar 18.00-da start götürəcək.