“Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı
Yunan referi isə “haqlıdı” dedi
Ötən il Yunanıstan çempionatında baş verən məlum olaydan, PAOK-un prezidentinin əlinə tapança alıb meydana girməsindən sonra başqa klublar etiraz səsini qaldırmışdı. Düşünürlər ki, hakimlər istəyərəkdən və ya çəkinərək, çempiona işləyirlər. Hələ ötən il çempionat oyununa əcnəbi hakim dəvət etmişdilər. Son olaraq, “Atromitos” yerli federasiyadan PAOK-la oyunlarına əcnəbi hakim gətirilməsini tələb etmişdi. Məhz onların istəyinə əsasən martın 10-da keçirilən PAOK - “Atromitos” oyununu həmyerlimiz Əliyar Ağayev idarə etdi. Ancaq deyəsən, indi peşman olublar. Hər halda, oyunsonrası açıqlamalar bu yöndədi. Hərçənd FİFA referimiz qarşılaşmanı yüksək səviyyədə idarə edib. Qeyd edək ki, Ağayevə Akif Əmrəli və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə yerli ədalət təmsilçisi Aristomenis Koutsiantis yerinə yetirib.
Saloniki şəhərindəki "Tumba" stadionunda keçirilən görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Əliyar qarşılaşma ərzində meydan sahiblərinin xeyrinə 2 penalti təyin edib, qonaqların isə 1 futbolçusunu ikinci sarı vərəqə ilə meydandan qovub. PAOK 16-cı dəqiqəyə təsadüf edən ilk penaltidən yararlana bilmədiyi halda, 45+3-cü dəqiqədə şansını qaçırmayıb. Ağayev daha 4 futbolçuya sarı vərəqə göstərib. Meydan sahiblərindən ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış etmiş Pedro Enrike xəbərdarlıq alıb. Qalan sarı vərəqələr isə qonaqlara göstərilib. Prinsipcə qərarların əsasən qonaqların əleyhinə olması narazılığı başadüşülən edir. Bundan başqa, "Atromitos" rəsmiləri iddia edir ki, 74-cü dəqiqədə onların xeyrinə penalti təyin olunmalıymış.
İlk penalti epizodunda “Atromitos”un futbolçusu cərimə meydançasında “sürüşmə” fəndini düzgün yerinə yetirmir və rəqibin ayaqlarını yerdən üzür. Epizoda yaxın olan Əliyarın qərarına şübhə etməyə dəyməz. İkinci “11 metrə”yə gəlincə, qonaqların müdafiəçisi rəqibə qarşı kobud oynayır, daha sonra özünü yığışdırmağa cəhd etsə də, həmyerlimiz yenə haqlı olaraq “nöqtə”ni göstərir. “Atromitos”un penalti iddiasına gəlincə, cinahdan cərimə meydançasına daxil olan futbolçu həqiqətən PAOK-lu ilə toqquşmadan sonra yerdə qalır. Ancaq bu epizodda meydan sahiblərinin müdafiəçisi, sadəcə, dayanır və “Atromitos”lu ona çırpılır. Həm də mübarizə topsuz vəziyyətdə baş verir. Yəni bu vəziyyətdə də Əliyarın qərarı ilə razılaşmaq olar. Həm də hadisənin ikimetrliyində olan və çömələrək epizodu diqqətlə izləyən Əliyarın mövqe seçimi əladı.
Qeyd etdiyimiz kimi, “Atromitos”lular Ağayevin idarəçiliyindən narazı qalıb. Komandanın baş məşqçisi, 48 yaşlı avstriyalı, yəni Frits Stuxlikin həmyerlisi olan Damir Kanadi Yunanıstan mətbuatına açıqlamasında referinin səhvlərə yol verdiyini deyib: “PAOK-a qarşı yaxşı müdafiə olunduq, lakin daha cəsur oynamaq lazım idi. Bu hesaba layiq deyildik. Qapımıza təyin edilən ikinci penalti yanlış idi. Birinci hissədə Brunonun epizodunda da oyundankənar vəziyyət yox idi”.
Yunanıstanlı sabiq FİFA referisi Anastasios Kakos da Əliyar Ağayevin idarəçiliyindən danışıb. O, “Atromitos”un baş məşqçisi Kanadidən fərqli, 31 yaşlı referinin oyunu yaxşı idarə etdiyini deyib: “Ağayev oyunu yaxşı idarə etdi. Penalti qərarları doğru idi. Yalnız ilk hissədə Brunonun oyundankənar vəziyyətlə bağlı epizodunda yanlış qərar oldu. Yan xətt hakimi səhvə yol verdi”.
MİRAĞA

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər