Sizin reklam burada

AÇ üçün 14 nəfərlik heyət

Baxış Sayı:429

AÇ üçün 14 nəfərlik heyət
Avropa çempionatının əsas mərhələsinə hazırlaşan 19 yaşadək futzalçılarda ibarət yığma martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Ağatahir Əzimov Sloveniyada keçiriləcək qitə birinciliyinə 14 nəfərlik heyətlə hazırlaşaccaq. Hazırlıq prosesinə dəvət olunan futzalçıların siyahısını diqqətinizə çatdırırıq: Vladislav Reznov, Niyaz Əhmədov, İqbal Pənahov, Tofiq Hüseynov, Turan Əhmədov, Rauf Rüstəmov, Nurlan Mehdizadə, Hüseyn Qarayev, Kənan Əsədli, Ceyhun Nuriyev, Nicat Quluzadə, Rafael Mütəllimov, Fuad Məmmədzadə, Hüseyn Abutalıbov.
Bu arada U-19-un rəqiblərindən olan Sloveniya yoldaşlıq oyunu keçirəcək. Bu ölkənin futbol federasiyasının rəsmi saytında yerləşdirilən xəbərə görə, Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunlar martın 16-sı və 17-də baş tutacaq. Baş məşqçi bu oyunçulara dəvət göndərib: Maks Vesel, Maks Vidmar, Maks Rotar, Tod Ciyha (hamısı “Siliko”), Tilen Qayser, Ceremi Bukoveç, Matiç Qoznik (hamısı “Brezye”), Matey Ahçin, Vanç Floryançiç, Marko Mohoriç (hamısı “Stripi”), Timotey Debelyak, Marko Byelçeviç (hər ikisi “Litija”), Yure Vetrih (Dobrepolye).
Xatırladaq ki, yığmamız ilk oyununu martın 27-də keçirəcək. U-19 Podcetrtek zalında saat 22.45-də Cənubi Kiprlə qarşılaşacaq. Komandamız ertəsi gün Hollandiyadan olan həmyaşıdları ilə gücünü sınayacaq. Bu duel saat 19.30-da baş tutacaq. Qrup mərhələsinin son oyunu martın 30-da keçiriləcək. U-19 bu dəfə Sloveniya millisi ilə gücünü sınayacaq. Oyun saat 21.00-da başlayacaq.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR