
Aktual
600
8.03.2019, 18:57
"Neftçi" xanımları təbrik etdi
"Neftçi”nin inzibati binasında dünən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin, futbolçulardan Ruslan Abışov, Mamadu Mboc və kollektivin başqa üzvləri xanım əməkdaşlara və qızlardan ibarət U-13 komandasının üzvlərinə təbrik və arzularını çatdırıblar, hədiyyələr təqdim ediblər.