Elbrus Məmmədov heç nəyin itirilmədiyini düşünür
“Ola bilsin, qələbəni çox istədiyimizdən “yandıq”
Liderdən bir xal geri qalan “Sumqayıt-2” “doğma divarlar” arasında “hərbçilər”i yenib həm xal fərqini aradan qaldırmağı, həm də yenidən zirvəyə qalxmağı hədəfləmişdi. “Ağ-göylər”in istəyi baş tutmadı. Ancaq komandanın baş məşqçisi Elbrus Məmmədov bizimlə söhbətdə hələ heç nəyin itirilmədiyini, qarşıdakı turlarda istənilən sürprizin qeydə alına biləcəyini dedi.
- MOİK-lə oyunda yenidən liderliyə qayıdacağınızı düşünənlərin sayı çox olsa da, qələbə qazana bilmədiz. Məğlubiyyətin səbəbini bilmək istərdik.
- Xüsusi, “məhz buna görə uduzduq” deyə biləcəyim məqam yoxdu. Özünüz də gördüz ki, ilk dəqiqələrdən hər iki komanda açıq oyuna üstünlük verdi, meydana məhz 3 xal üçün çıxdığını ortaya qoydu. Ola bilsin, hardasa bir qədər bəxtimiz gətirmədi, ola bilsin, müəyyən məqamlarda rəqib bizdən üstün oynadı. Bu gün uduzsaq da, hələ heç nə itirilməyib. Qarşıda bizi 8 tur gözləyir. Həmin oyunlarda həm biz, həm MOİK, ümumiyyətlə, liderlər qrupunda yer alan istənilən komanda xal itirə bilər. Ona görə də bir məğlubiyyətə görə üzülüb, əlimizi yana salıb, indidən “hər şey əldən getdi” deyə fikirləşib, “ağ bayraq qaldırmaq” düzgün olmazdı. Sona qədər mübarizə aparıb, qarşıya qoyulan məqsədə çatmağı düşünürük.
- İlk yarıda İsmayıl Babayev, Səbuhi Abdullazadə çoxsaylı səhvlərlə yadda qalsa da, onları bir qədər gec əvəzlədiz. Qapıçınız Süleyman Süleymanov isə ilk qolda kobud səhvlə yadda qaldı. Penalti vuruşu zamanı da sanki bilərəkdən zərbədən bir qədər tez irəli çıxıb, rəqibə hansı küncə zərbə vurmağın lazım olduğunu işarə etdi.
- Ayrı-ayrı futbolçuların səhvlərini qabardıb, məğlubiyyəti onların üstünə atmağı düşünmürəm. Uduzmuşuqsa, başda mən olmaqla, kollektivdə yer alan hər kəsin günahı var. İndi mən sizə desəm ki, filan epizodda filan oyunçu səhv etdi, qapımızda gördüyümüz qolun səbəbkaları filankəslərdi, bu nəyi dəyişəcək? Bunlar hamısı ümumi səhvlərin toplusudu. Xırda səhvlər üst-üstə yığılıb sonda uduzmağımıza səbəb oldu.
- Bəlkə də ilk dəfə “Sumqayıt-2”nin oyununda bu qədər azarkeş var idi. Onları məyus etdiyinizə görə təəssüflənmirsiz?
- Bu gün doğrudan da stadionda birinci divizion oyunlarına xas olmayan ab-hava var idi. Sanki premyer-liqa matçı idi. Əslində çox sevinirəm ki, komandama şəhərdə bu qədər maraq var, “Sumqayıt-2”yə görə stadiona bu qədər azarkeş gəlmişdi. Bunun özü inkişafdan xəbər verir. Ancaq futbolda azarkeş sayının çox olmasına görə “mütləq udmalısan” kimi bir düstur yoxdu. Bu gün stadiona gələn, bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Təəsüflənirəm ki, onları evə gülərüz yola sala bilmədik.
- Sizcə, komandanız nəyə görə bu gün uduzdu?
- Bu oyunu çox gözləyirdik. Həftəboyu uşaqlar MOİK-lə qarşılaşmanın təsiri altında yaşayırdı. Hamısı qələbəyə köklənmişdi, 3 xalı bayram etməyə hazırlaşmışdı. Ola bilsin, qələbəni çox istədiyimizdən “yandıq”. Futbolda belə hallar olur.
- Mənə elə gəlir ki, məğlubiyyətə səbəb komandanın topa “yapışa” bilməməsi oldu. Mərkəzdə top saxlaya bilmirdiz, 2-3 ötürmədən sonra onu rəqibə verirdiz...
- Ola bilsin. Sizin fikrinizlə hardasa razıyam. Bizim komanda topla oynamağı, oyuna diqtə etməyi xoşlayır. Əksər görüşlərdə “Sumqayıt-2” “birinci skripka” olub. Ancaq bu gün rəqib buna imkan vermədi. Oyun sistemimiz pozuldu ki, bu da futbolçulara təsirini göstərdi. Bəlkə də rəqibdən belə aqressiv oyun gözləmədiyindən futbolçularım özlərini itirdilər, meydanda nizam-intizam pozuldu. Halbuki həftəboyu mən bu haqda onlara xəbərdarlıq etmişdim.
RƏŞAD

Son xəbərlər

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

"Yuventus"da yeni anlaşma

Bütün xəbərlər