Sabah futzal üzrə yüksək liqada 21-ci turun oyunları keçiriləcək. Əslində üçüncü dövrənin son turu bu gün baş tutmalıydı. Ancaq kubokun həftəiçinə salınması çempionat oyunlarının bir gün “sürüşdürülməsinə” səbəb oldu. Belədə yüksək liqa təmsilçiləri də iki gün dincəlmiş oldu. “Olimpik Star”da baş tutacaq turun mərkəzi görüşündə “Araz”la “Ekol” üz-üzə gələcək. Oyunun qalibi sonuncu – həlledici dövrəyə lider kimi start verəcək.
Neftçi – Yasamal MFK
Hakimlər: Anar Fərəcov, Rahin Heybətov, İsgəndər Əliyev.
9 mart. Olimpik Star. Saat 12.30
Araz – Ekol
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Mehman Mahmudov.
9 mart. Olimpik Star. Saat 14.30
Liman – Xəzər Cənub
Hakimlər: Fuad Həsənov, Kənan Məlikov, Vüsal Balaşov.
9 mart. Olimpik Star. Saat 16.30
1. Araz 17 12 4 1 130-38 40
2. Ekol 17 12 3 2 163-45 39
3. Neftçi 17 11 1 5 88-50 34
4. Xəzər Cənub 17 10 3 4 147-51 33
5. Yasamal MFK 17 6 1 10 95-82 19
6. Liman 17 2 0 15 54-207 6
7. Yasamal İSK 18 1 0 17 52-256 3
Bombaridlər: Namiq Məmmədkərimov (Ekol) – 49, Hadi Rizvan (Xəzər Cənub) – 46, Xətai Bağırov (Araz) – 27.