Sizin reklam burada

U-19-u Alesio müşayiət edəcək

Baxış Sayı:358

U-19-u Alesio müşayiət edəcək
Məlum olduğu kimi, 19 yaşadək futbolçulardan ibarət yığma martın sonunda Avropa çempionatına yollanacaq. Yığmanın yer aldığı qrupun oyunlarına Sloveniya evsahibliyi edəcək. İlk oyun martın 27-də olacaq. Komandamız “Podcetrtek” zalında, saat 22.45-də Cənubi Kiprlə qarşılaşacaq. U-19 ertəsi Hollandiyadan olan həmyaşıdları ilə gücünü sınayacaq. Bu duel saat 19.30-da baş tutacaq. Qrup mərhələsinin son oyunu martın 30-da keçiriləcək. Yığmamız bu dəfə meydan sahibi Sloveniya ilə üz-üzə gələcək. Son oyun saat 21.00-da başlayacaq.
U-19 səfərə martın 25-də yollanacaq. Komandanı əsas yığmanın baş məşqçisi Joze Alesio da Silva da müşayiət edəcək. O, komandada məsləhətçi funksiyasını yerinə yetirəcək. Ümumiyyətlə, bayramdan sonra Alesio təxminən bir ay gərgin qrafikdə çalışmalı olacaq. Çünki əsas yığma aprelin 10-dan 17-dək Latviya və Serbiya ilə yoldaşlıq oyunları keçirəcək. Bunu nəzərə alan Futzal Federasiyası yüksək liqanın təqvimində dəyişiklik edib. Belə ki, 24-cü, 25-ci, 26-cı və 27-ci turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 5-də, 12-də, 19-da və 26-da yox, aprelin 2-də, 6-da, 23-də və 27-də keçiriləcək.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR