Sizin reklam burada

Obradoviç Yurçeviçə iki futbolçu məsləhət görüb

Baxış Sayı:385

Obradoviç Yurçeviçə iki futbolçu məsləhət görüb
"Deyirlər ki, Azərbaycanda qış dözülməz küləyə görə insanın iliyinə işləyir. Ancaq Milan Obradoviçin Bakıdakı həyatı gözlədiyimiz kimi elə də ağır keçmir. Əksinə, Azərbaycanın gənclər millisinin baş məşqçisi bu ölkənin qışından zövq alır. Hərçənd yerli əhali bir qədər donur. Heç də ona görə yox ki, Obradoviç uzun illər Rusiyada yaşayıb. Sadəcə, Avroliqanın 2019-cu ildə finalının həmin ölkənin paytaxtında təşkil edildiyinə görə" - bu sözlər Serbiya mətbuatında U-21 yığmamızın baş məşqçisi Milan Obradoviç haqda yazıda əksini tapıb.
Serbiyalı həmkarlarımız mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalına həsr olunan “Ulduzlar” matçında “Qərb ulduzları” komandasının baş məşqçisi olmuş mütəxəssısin fikirlərinə də yer verib. Qərb və Şərq arasında keçirilən matçda Milan birincilərin baş məşqçisi idi. Onun rəhbərliyi altında çıxış edən futbolçular vaxtilə öz komandalarının aparıcı üzvləri, dünya şöhrətli ulduzlar idilər. Onların oyunundan həmin gün azərbaycanlı futbolsevərlər də zövq aldılar. Obradoviç xatırlayır: "Deku mənim komandamın kapitanı idi. Bu heyətdə Dudek, Essyen, Altıntop, Arşavin kimi simaları görmək həqiqətən qürurverici idi. Azərbaycan Prezidenti İlham Əliyev qızı Leyla xanımla həmin qarşılaşmanın xüsusi qonaqları idi. Oyun da parlaq alındı və 11:10 hesabıyla nəticələndi".
Ancaq Obradoviçin vaxtı azdı. Çünki Azərbaycan gənclər yığmasının heyətini formalaşdırmalıdı: "Belə bir imkanım oldu ki, Azərbaycan milli komandasını bir araya gətirim. İlk sınağımız da yanvarda baş tutdu. Moskva "Spartak"ının ikinci komandasıyla 0:0 oynadıq. Baş məşqçi Nikola Yurçeviçə 2 futbolçunu məsləhət gördüm. On gündən sonra bizdə yeni toplanış olacaq. Ancaq ilk oyunumuzu iyunda Lixtenşteynə qarşı keçirəcəyik. Bu, Avropa çempionatının seçmə mərhələ matçıdı".
Obradoviç Serbiya millisinə yeni seçmə mərhələdə uğurlar arzulayıb və azərbaycanlı tələbələrinin fianl mərhələsinə çıxmaq şansları haqda sualı "köhnə qitə” gənclər üçündü" deyərək cavablayıb. Əlavə edək ki, Azərbaycan U-21-i Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteynlə bir qrupdadı: "Əlbəttə, çətin olacaq. Ancaq bizim belə bir haqqımız var ki, bu qrupdan çıxmağı arzulayaq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR