Dünən AFFA-nın Futbol Akademiyasında Region Liqasının birinci pley-off mərhələsinin püşkü atılıb. Tədbirdə Məşqçilər Komitəsinin və Region Liqası üzrə işçi qrupun üzvləri iştirak ediblər. AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin müdiri Yusif Vəliyevin qısa çıxışından sonra püşkatma keçirilib. Və ilk mərhələdə bu cütlər üz-üzə gələcək:
1. İmişli – FC Baku
2. Füzuli – Ümid (Cəlilabad)
3. Şirvan (Ağdaş) – Ağsu Siti
4. Şahdağ (Qusar) – Göyəzən (Qazax)
5. Salyan – Energetik (Mingəçevir)
6. Uğur (Sumqayıt) – Alyans (Lənkəran)
Onu da bildirək ki, ilk oyunlar martın 9-10-da keçiriləcək. Püşkə əsasən “Energetik” ilk qarşılaşmanı səfərdə keçirməli olsa da, tərəflər arasındakı razılığa əsasən birinci görüşdə “Salyan” Mingəçevirə qonaq gedəcək.
Püşkatmada həm də ikinci pley-offda hansı cütlərin üz-üzə gələcyi müəyyənləşib:
1-ci cütün qalibi – 2-ci cütün qalibi
3-cü cütün qalibi – 4-cü cütün qalibi
5-ci cütün qalibi – 6-cı cütün qalibi.
Hər iki pley-off görüşləri iki matçdan ibarət olacaq. Komandalar ev-səfər prinsipi ilə qalibi müəyyənləşdirəcək. Yarımfinaldan etibarən isə oyunlar neytral meydanda baş tutacaq və finala kimin yüksələcəyi də həmin görüşdə məlum olacaq.
RƏŞAD