“Qərarın “Qəbələ”yə qarşı atılmış addım olduğunu düşünmürəm”
Fariz Nəcəfov xərclərinin qarşılanmasını istəyir
Həftənin ilk günündə “Hilton” otelində AFFA 2018-сi ilin hesabatını verdi. Konfransın ardınca İcraiyyə Komitəsinin iclası keçirildi və bir sıra qərarlar çıxarıldı. Ancaq həmin məqamların hamısını bir-bir xatırlatmaq fikrində deyilik. Çünki “Oyunçuların Statusu və Transferi Komitəsinin Prosessual Qaydaları”na edilən dəyişiklilərin futbol azarkeşləri üçün, demək olar, heç bir əhəmiyyəti yoxdu. Bundan başqa, qadınlardan ibarət millilərin baş məşqçi təyinatı da gözlənilməz hadisə deyildi. Çünki bu haqda daha öncədən məlumat vermişdik. Tovuz rayonunda, “Turan Tovuz”un nəzdində Futbol Akademiyasının təsis olunması isə müsbət haldı. Qalan qərarlara gəlincə...
“Qəbələ” razıdı, ancaq...
Məlum olduğu kimi, ötən yay AFFA ölkə futbolu adına mühüm qərar verdi. Belə ki, əvəzedicilərin çempionatı ləğv olundu. Bu komandalar birinci divizionda çıxış etməyə başladılar. Ancaq yalnız bir elita təmsilçisi “ikincilər”ini aşağı dəstəyə göndərmədi. Bu da “Qəbələ” idi. Maraqlıdı ki, İK-nın budəfəki toplantısında da əvəzedicilərlə bağlı məsələ müzakirə olundu. Və qərar verildi ki, premyer-liqa klublarının əvəzedici komandalarının 1-ci divizionda çıxışı üçün AFFA tərəfindən hər kluba 50 min manat vəsait ayrılsın. Əvəzediciləri aşağı dəstədə iştirakından imtina edən elita təmsilçisi 100 min manat cərimə olunsun. Təbii, bu qərar açıqlanan kimi hər kəsin diqqəti “Qəbələ”yə yönəldi. Çünki cari mövsüm yalnız “qırmızı-qaralar” bundan imtina etmişdi. Belə çıxır, AFFA öncə klubları razı salmaq məqsədilə 50 min manat verir. Daha sonra isə imtina edənləri qorxutmaq üçün 100 min cəriməni önə çəkir. Odu ki, həmin qərarla bağlı “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun fikirlərini öyrəndik: “Qərarın “Qəbələ”yə qarşı atılmış addım olduğunu düşünmürəm. Çünki biz bu haqda Elxan məüllimlə danışmışıq. “Qəbələ”nin bölgə təmsilçisi olduğunu nəzərə alsaq, bilirsiz ki, bizdə xərclər artıq çıxır. Odu ki, “Qəbələ”yə hansısa başqa məbləğ ayrılması məsələsi yəqin ki, AFFA-da müzakirə olunacaq. Dediyim kimi, xərclər qarşılansa, əlbəttə, iştirak edəcəyik. Turnirin çox olmasının heç bir ziyanı yoxdu. Yetər ki, klub tərəfindən əlavə məsrəf çıxmasın. Çünki bunun üçün artıq pul ayırmamışıq və illik büdəcmiz təsdiqlənib. Bu üzdən hesab edirəm ki, o məsələ müzakirə olunar və bizim üçün faydalı qərar qəbul olunar. 100 min cəriməyə gəlincə, AFFA-nın qəbul etdiyi qərardı. Bu haqda, ümumiyyətlə, danışmaq istəmirəm. Federasiyanın verdiyi qərara hörmətlə yanaşırıq”.
Gedənlər qayıtdılar
İK-nın iclasında həm Lisenziya Komissiyasının (LK), həm də Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin (LAK) tərkibi təsdiq olundu. Hər iki qurumda bəzi adlar diqqəti çəkdi. Belə ki, LAK-ın tərkibində Orxan Hüseynzadə də var. Ötən ilin qışına qədər “Neftçi”nin prezidenti olan Orxan bəy çoxdan gözə dəymirdi. Hətta bəziləri düşünürdü ki, Mikayıl Nərimanoğlu kimi Hüseynzadəni də artıq AFFA-da, eləcə də futbolda görməyəcəyik. Ancaq görünür, federasiyanın onunla bağlı düşncələri o qədər də radikal deyilmiş. Düzdü, Orxan bəyə elə də yüksək vəzifə tapşırılmayıb və onun assosiasiyada əsas söz sahiblərindən biri olduğunu demək doğru olmaz. Hər halda, rəhbərliyin Hüseynzadənin “qələmini birdəfəlik qaırmadığı” məlum oldu. LK-nın sədri Elçin Səmədli isə futzal üzrə sabiq FİFA referisidi. Bir müddət öncə kareyrasını başa vuran ədalət təmsilçisi artıq Lisenziya Komissiyasına rəhbərlik edəcək.
Futbolumuz VAR-a hazırdı?
Komitə VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi haqda qərar da verdi. AFFA-nın baş katibi Elxan Məmmədov İK-nın iclasından sonra keçirilən mətbuat konfransında VAR-la bağlı bunları demişdi: “İstəsək belə, növbəti mövsüm bunu tətbiq etmək mümkün deyil. Çünki minimum 10 aylıq hazırlıq müddəti var və sonra təlimlər təşkil etməliyik”. Belə deyək, növbəti mövsümdə də premyer-liqa oyunlarında video-köməkçi hakimlər olmayacaq. Bəs görəsən, çempionatımızda VAR-a nə qədər ehtiyac var? Hakimlər bu sistemə hazırdı? Bu haqda sabiq FİFA referisi Tahir Süleymanovun fikirlərini öyrəndik: “Azərbaycan futbolunda VAR-dan öncə həll olunası çox problem var. 8 komandalı "Bakı birinciliyi" keçirilir. Hətta kobud hakim səhvlərinə belə, klub rəhbərlərinin əksəriyyəti "günah özümüzdədi", "necə məsləhətdi", "baş üstə"lərlə münasibət bildirirlər. Çoxu müstəqil deyil, özləri də "baş üstə"lərdi. Nə məsləhət olursa, o çərçivədə də VAR kimi var-gəl edirlər. Boş tribunalar önündə, bir əldən maliyyələşən klubların VAR-a elə ciddi ehtiyacı yoxdu. Bu sistem imkan daxilində 10 ildən çoxdu "Futbol saatı" vetilişində tədbiq edilir, epizodlar müzakirə olunur. Ölkə futbolunu düşünən insanlar, siz jurnalistlər, mütəxəssislər qəzet səhifəsində illərdi hakim səhvlərini müzakirə edirlər. Futbolun gələcəyi minimum 10-15 il qabalayaraq görülürdü, müzakirə edilirdi... Bu illər ərzində cavabdehlərin bir bəhanəsi olurdu: "videotəkrar qəbul edilmir". Müxtəlif addımlar atılırdı, hakim sayı artırılırdı, vaxt udulurdu. İndi FİFA, UEFA dünya futbol ictimaiyyətinin təzyiqinə dözməyərək vəziyyətdən çıxmaq üçün videotəkrarları yaşıl meydanın mərkəzinə gətirmiş oldular. Müsbət cəhətləri ilə yanaşı, mənfi tərəfləri də var. Hələ tam oturuşmayıb. Digər tərəfdən "Oyun qaydaları"nda boşluqlar çoxdu. Futbolun şablon çərçivəyə salınması mümkünsüzdü. İstənilən halda VAR sistemi, monitor önündə əyləşənlər də insandı və sonda doğru-yanlış, qərarı hakimlər verir. Düzgün qərarlarla yanaşı, oyunlarda VAR sisteminə baxılandan sonra dəfələrlə fikir ayrılığının şahidi olmuşuq. Elə "Real' - "Ayaks" görüşündə 3-5 dəqiqə görüşün saxlanılması, "iclas keçirilməsi”, vahid fikirə gəlinməməsi, mübahisələrin yaranması buna sübutdu. Belə anlar futbolun dinamikasına, baxımlılığına xələl gətirir. Bu da öz növbəsində futbolda emosiyanı, ehtirası aşağı salır. VAR sistemi eyni zamanda hakimlərin zəif idarəçiliyini üzə çıxarır, bunu bütün dünya görür. Həvəskardan peşəkarlıq tələb etmək isə çətindi. FİFA, UEFA yenə yanlış yoldadı. VAR sistemi ilə yanaşı, hakimlərin peşəkarlaşması yolunda ciddi, əməli addımlar atılmır. "Hakim də insandı, səhv edir" təfəkkürü ilə problemlər aradan qalxmayacaq. Hakimlər mütləq şəkildə futbolçu, məşqçilər kimi peşəkar olmalıdılar. Ancaq belədə referilər püxtələşəcək, peşəkar rəqabətdən keçərək ən yaxşılar meydana çıxacaq, bacarıqları ilə yanaşı, özlərinə inam, güvən qazanacaqlar. Belə olmadıqda hələ uzun müddət futbol həkim, marketoloq, polis, bank işçisi, menecer və başqa peşə sahibi olan həvəskar hakimlərin əlində qalacaq. Ölkə futbolunda isə ilk növbədə ümumi idarəçilik sistemində obyektivliyi təmin etmək lazımdı, ondan sonra VAR-a ehtiyac duyular. İndiki futbolumuza cavabdehlərin özlərini monitor önündə ictimaiyyətin VAR sistemindən keçirmək lazımdı".
FARİZ

Son xəbərlər

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Bütün xəbərlər