AFFA-nın baş katibi Elxan Məmmədov qurumun sonuncu Hesabat Konfransında klubları şəffaf olmağa çağırmışdı. Özü də AFFA-nı nümunə göstərmişdi. Onun bu sözlərini eşidəndən sonra əsl dejavü yaşadım. Çünki eyni sözləri çox hörmətli Məmmədov 2017-ci ilin payızında da dilə gətirmişdi. Sizin də yadınızda olar. Həmin günlər Azərbaycan futbolunda “Kəpəz” zəlzələsi yaşanırdı. Yox, məşhur zirvə qorxulu zəlzələ nəticəsində dağılmamış, axan çayların yolunu kəsməmişdi. Özü zirvənin adını daşıyan, amma gözdağına çevrilən “Kəpəz”dəki maliyyə pozuntularının üstü açılmışdı. Məlum olmuşdu ki, AFFA-nın etibarlı kadrlarından biri sayılan, “Kəpəz”in Müşahidə Şurasında səlahiyyətli şəxsə çevrilən Mikayıl Nərimanoğlu kluba ayrılan büdcəni bildiyi kimi sərf edirmiş. Dəhşətli faktların üstü bir-bir açıldı. Baş məşqçi Şahin Diniyevin maaşından götürülən “otkat”dan tutmuş Nərimanoğlunun Gəncədə özünə imarət tikdirməsinə, Vaqif Sadıqovun paytaxtdakı mənzilinin real dəyərindən artıq qiymətə icarəyə götürülməsinə qədər çoxlu sirr faş olundu. Klubun mühasibi Mənsurə Məmmədova qəzetimizə verdiyi müsahibədə açıq dillə bildirmişdi ki, Mikayıl Nərimanoğlu bütün bu əməlləri həyata keçirərkən bilavasitə yuxarıların, konkret baş katibin məsələdən xəbərdar olduğunu deyirmiş.
Sonra nə oldu? Elxan Məmmədov heç nə olmamış kimi davranmağa, AFFA-nın şəffaf qurum olduğunu deməyə başladı. Başqası olsaydı, təmiz adının, müsbət imicinin qayğısına qalar, Mikayıl Nərimanoğlu ilə Mənsurə Məmmədovanı mikrofonlar qarşısına çıxarar və özünə iftira atıldığını sübut edərdi. Bununla da məsələyə aydınlıq gələrdi, bilərdik ki, “Kəpəz”ə AFFA-nın büdcəsindən ayrılan pulları kim yeyirmiş, nə üçün heç bir günahı olmayan Elxan Məmmədovun adı belə çirkin işlərdə hallanırmış. Amma cənab Məmmədov bunu etmədi. Nə üçün? Səbəbi aydındı. Mənsurə Məmmədova bu gün də işinin başındadı. Elə Şahin Diniyev də uzaqda deyil. Yaxşı yadımdadı, həmin günlər Elxan Məmmədov Diniyevə 10500 manat yazılması, məşqçiyə 7000 manat çatması ilə bağlı suala belə cavab vermişdi: “Belə bir şey varsa, getsin polisə müraciət etsin. Müqaviləsi varsa, pul köçürülürsə, biz nə deyə bilərik?” Sözsüz ki, Şahin bəy polisə müraciət etmədi. Çünki özü də ilk gündən hər şeyi bilirdi, polisə müraciət edib, nə deyəcəkdi? Həm də Diniyev polisə müraciət etsəydi, onu yenidən Məşqçilər Komitəsinin üzvlüyünə qaytarardılarmı? Çətindi, Şahin bəy, mən də bilirəm.
“Gəncə hadisələri” zamanı Elxan Məmmədov Nərimanoğlunu qorumaq üçün çox çalışdı. Onun gah AFFA-nın daxilində hansısa komitəyə rəhbər təyin olunduğu, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində yetərincə əmək sərf etdiyini dedi, gah da Mikayıl bəyin öz kadrı olmadığını, sərəncama götürüldüyünü iddia etdi. Məsələnin hədsiz şişməsi, bütün kartların açılması baş katibi tez-tez sözünü və davranışlarını dəyişməyə, başgicəlləndirici manevrlərə əl atmağa vadar edirdi. İş o yerə gəlib çatdı ki, əsəblərini cilovlaya bilmədi, “kimlərsə bu məsələni məqsədli şəkildə gündəmdə saxlayırlar” deməklə siyasi səhvə yol verdi. Bununla da etiraf etmiş oldu ki, ortada cinayət və yeyinti faktı var, onu ört-basdır etməyə isə həmin o məsələni gündəmdə saxlayanlar imkan vermir. Nəticədə də Nərimanoğlunu qurban verməyə, AFFA-dan uzaqlaşdırmağa, Gəncədəki evi isə satdırmağa məcbur oldular. Məsələyə AFFA prezidenti Rövnəq Abdullayevin “narahat olmayan, “Kəpəz”in büdcəsindən çatışmayan məbləğ geri qaytarılıb” deməsiylə nöqtə qoyuldu.
Biz bütün bunları unutmamışıq. Amma deyəsən, Elxan Məmmədov unudub. Unutmasaydı, şəffaflıq sözünü dilinə gətirməzdi. Uşaq futboluna UEFA-dan ayrılan pulların təyinatı üzrə xərclənməməsindən danışır. Klubları şəffaflığa çağırır. Kimdi o klublar, cənab baş katib? Premyer-liqada çıxış edən səkkiz klubdan beşi, aşağı divizionda çıxış edən “Kəpəz” bilavasitə AFFA-nın, yəni elə sizin nəzarətiniz altındadı. Səhv etmirəmsə, ötən il UEFA-nın uşaq futboluna görə pul göndərdiyi klubların sırasında “Kəpəz” də var idi. “Kəpəz”in büdcəsinə nəzarətçiləri kim təyin edir? “Neftçi”ylə “Sumqayıt”a prezident kimin xeyir-duasıyla göndərilib, onlar kimin kadrıdı? “Keşlə”nin söz sahibi Zaur Axundov da gecə-gündüz sizinlə dostluğundan fəxrlə danışan adamdı. Uşaq pulunu böyüklərə xərcləyən onlar deyil ki, təsadüfən?! İnsafınız olsun, bu dəfə məsələyə “Qarabağ”la “Qəbələ”ni qatmayın. Ən sadəlövh adam belə sözlərinizə inanmaz. “Qarabağ” Reynaldonu “uşaq pulu” ilə tranfer edən, Almeydanı icarəyə götürən deyil. “Qəbələ”nin uşaq akademiyası göz oxşayır, klubun uşaq futboluna ayırdığı diqqət, xərclədiyi pullar da hər hamıya məlumdu.
Taleyin istehzasıdı ki, Elxan Məmmədov yenidən şəffaflıq sözünü dilinə gətirən kimi AFFA-nın divarları arasında yeni həyəcanlı xəbərlər eşitməyə başladıq. “Kəpəz”ə Mikayıl Nərimanoğlunun əvəzinə göndərilən İslam Abbasovun Gəncə klubundan da, millidəki işindən də müəmmalı şəkildə uzaqlaşdırılması heç də səbəbsiz deyil. Torbada pişik var, özü də qara rəngdə. İllərdi AFFA-nın sadiq kadrı sayılan Abbasov ilin-günün bu vaxtında niyə istefa verib, ya göndərilib? Ya özləri etiraf edəcəklər, ya da Elxan Məmmədovun bəhs etdiyi şəffaflığın parıltısı bu qaranlığı da aydınladacaq. Başqa yol yoxdu.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər