
Aşağı liqa təmsilçiləri elita komandalarını devirdi
Futzal üzrə ölkə kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Martın 5-də 5 oyun keçirilib. İlk qarşılaşmada yüksək liqanın iddialı komandası “Xəzər Cənub” “Dalğa” üzərində böyükhesablı qələbə qazanıb. İkinci oyun daha maraqlı alınıb. Yüksək liqanın autsayderi “Yasamal” İSK birinci liqanın lideri “Baku Fire” ilə üz-üzə gəlib. Qış fasiləsində heyətini kubokun son qalibi “Marafon”un sabiq üzvləri (Renat Sultanov, İlkin Hacıyev) ilə gücləndirən “Bakı alovu” qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanan tərəf olub. Növbəti dueldə yüksək və birinci liqaların “ikinciləri” qarşılaşıblar. “Standard” “Ekol”a müqavimət göstərsə də, sensasiyaya gücü çatmayıb. Son çempion “Araz”la “Green Log” duelindən də, gözlənildiyi kimi, Joze Alesio da Silvanın komandası qalib ayrılıb. Yeri gəlmişkən, növbəti mərhələdə “Araz” “Ekol”la qarşılaşacaq. Bu isə “erkən final” deməkdi. Günün son oyununda ikinci liqanın lideri ilə aşağı pillələrdə yer alan komandalar üz-üzə gəlib. “Gilan Construction” üzərində inamlı qələbə qazanan “Obolon” mübarizəni davam etdirmək hüququna yiyələnib.
Dünən isə daha 3 oyun keçirilib. Aşağı liqa təmsilçiləri “Liman” və “Təbriz”in duelindən ikincilər qalib ayrılıb. Yüksək liqanın iddialılarından olan Neftçi” “Hövsan”a heç bir şans verməyib. Mərhələnin son oyununda -"Yasamal" MFK -"Advokat" matçında da sürpriz yaşanıb. İkinci liqa komandası olan “vəkillər” elita təmsilçisini mübarizədən kənarlaşdıraraq, adını 1/4-ə yazdırıb.
Ölkə kuboku
1/8 final
5 mart
Xəzər Cənub – Dalğa 8:0
Hadi Rizvan, 5; 23. Həmid Rəşidi, 16; 18. Əmir Şocayi, 17; 37. Behzad Şebli, 26. Şahab Şahnazi, 34.
Yasamal İSK - Baku Fire 3:6
Anar İsayev, 11. Vüsal Səfərov, 19; 39 - Anar Ağayev, 4; 15; 26. Elşən Zərbəliyev, 7. Rəvan Abdullayev, 25; 35.
Ekol – Standard 8:4
Faiq Əliyev, 6. Zaur Fərziyev, 6; 14. Ramiz Çovdarov, 17. Fərid Ələkbərov, 20. Fərid Atakişiyev, 29. İntiqam Babayev, 30. Ələsgər Ələsgərli, 36 - Emin Quliyev, 7. Seymur Babayev, 33. Ramil Həsənzadə, 35. Asif Zeynalov, 40.
Araz - Green Log 6:0
Xətai Bağırov, 12. Əli Mikaili, 14. Rizvan Fərzəliyev, 24. Hüseyn Seyidəbülfəz, 27. Oqtay Rüstəmli, 30. Nihad İsmayılov, 32.
Obolon – Gilan Construction 8:3
Fəyyar Hüseynov, 4-öz qapısına. Yaşar Qasımov, 12. Cəfər Cəfərov, 14. Bəhram Abdinov, 26. Emil Abbaszadə, 30; 40. Telman Kərimov, 33. Zakir Kərimov, 37 – Fəyyar Hüseynov, 15. Elmir Məmmədov, 18; 37.
6 mart
Liman – Təbriz 2:9
Paşa Tanrıverdiyev, 9. Elsevər Əliyev, 24 - Samir Əzimzadə, 5; 17; 36. Nadir Məmmədli, 8; 39. Musa Rəcəbov, 11; 39. Etibar İmanov, 20. Cumbert Minqalimov, 37.
Neftçi – Hövsan 11:2
Vitali Borisov, 3; 23; 28. Rüfət Balakişiyev, 5; 13. Oruc Baxşəlizadə, 7; 27; 36. Əjdər Əjdərov, 31. Rəcəb Fərəczadə, 34; 35 - Muxtar Həsənov, 14. Fuad Mürşüdov, 19.
Yasamal MFK – Advokat 4:10
Murtuza Cahandost, 8; 35. Kənan Osmanlı, 26. Omid Oraz, 36 - Ceyhun Şirinli, 11; 19; 30. Ruslan İsgəndərov, 22. Elvin Şirinli, 27; 30; 32; 38. Ramil Həsənov, 29. Seymur Davudov, 34.
Beləliklə, 1/4 finalda aşağıdakı cütlər qarşılaşacaq:
Neftçi – Obolon
Advokat – Baku Fire
Xəzər Cənub – Təbriz
Ekol – Araz