AFFA-nın təşkilatçılığı ilə Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri və akademiyaları arasında keçirilən “Akademiya kuboku”na yekun vurlub. Sonuncu – 7-ci turun oyunlarından sonra mükafatçılar müəyyənləşib. Turniri 3-cü yerdə bitirən EFA (Bakı) bürünc, “Ordu” gümüş medallara sahib olub. Son turda vacib qələbə qazanan “Leon” isə “Akademiya kuboku”nu qazanıb. Son turun oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Turnirdə iştirak edən bütün komandaların üzvlərinə AFFA-nın diplomları təqdim edilib. Həmçinin turniri ilk üç yerədə bitirən komandalara medallar, diplomlar verilib. Mükafatları AFFA-nın texniki direktoru Bernhard Lippert, Bakıda səfərdə olan ulduz futbolçular Maykl Essyenlə Andrey Arşavin təqdim ediblər. Turnirin ən yaxşı oyunçusu adına “Ordu”dan Rasim Cavadov, ən yaxşı qapıçısı adına “Gilavar”dan İlyas Babayev layiq görülüblər. “Leon”un üzvü Raul Hüseynov isə 14 qolla turnirin bombardiri olub.
4 mart
Ordu FK - Leon FK 1:2
Gilavar FK - EFA (Bakı) 2:4
Xəzər Buzovna - Stars United FK 1:4
1. Leon FK 6 5 0 1 24-20 15
2. Ordu FK 6 5 0 1 19-6 15
3. EFA (Bakı) 6 4 0 2 19-11 12
4. Stars United FK 6 2 1 3 15-11 7
5. Tekin FK 6 1 2 3 8-12 5
6. Gilavar 6 1 2 3 8-15 5
7. Xəzər Buzovna 6 0 1 5 4-22 1
Bombardirlər: Raul Hüseynov (Leon FK) – 14, Salman İsmayılov (Ordu FK) – 7.