Sizin reklam burada

Qurban Qurbanovun oğlundan növbəti dubl

Baxış Sayı:513

Qurban Qurbanovun oğlundan növbəti dubl
Dünən birinci divizionda əvvəlki turlardan təxirə salınan bir oyun keçirilib. 15-ci tur çərçivəsində fevralın 15-də keçirilməli olan matçda "Qarabağ-2" ilə "Zirə-2" üz-üzə gəlib. Azər Məmmədovun komandası aşkar autsayderlə görüşdə asan qələbə qazanıb. Düzdü, zirəlilər ilk yarıda ciddi müqavimət göstərə bilib. Fasiləyə qədər cəmi bir dəfə fərqlənən ağdamlılar ikinci hissənin ortalarında penaltidən vurduğu qolla fərqi iki topa çatdıraraq, rahatlayıb. Bundan sonra səhnəyə Musa Qurbanlı çıxıb. O, növbəti dəfə dubl müəllifi olub. Qurban Qurbanovun qoleador oğlu bunu 6 dəqiqə ərzində reallaşdırıb. Musanın xüsusən künc zərbəsindən sonra dabanla vurduğu 2-ci qol hamının diqqətini çəkib. Qeyd edək ki, o, 16-cı turda, "Şüvəlan"la görüşdə də iki qol vurmuşdu. Bundan başqa, Musa bu mövsüm ata yurdu Zaqatalanın eyniadlı təmsilçisini və futbolun sirlərinə yiyələndiyi "Neftçi"ni məyus edib.
Birinci divizion
2-ci dövrə, 15-ci turun oyunu
101. Qarabağ-2 (Ağdam) - Zirə-2 4:0 (1:0)
Qarabağ-2: 94. Nicat Mehbalıyev (95. Məmməd Hüseynov, 80), 66. Cavid Bayramov (49. Orxan Abdullayev, 87), 24. Nihad Tamazov (k), 45. Rauf Hüseynli (80. Yusif Həsənov, 79), 54. İbrahim Hüseynov, 22. Xaqani Sadıxov (83. Nihad Quliyev, 72), 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov (27. Bilal Hüseynli, 87), 36. Zamiq Əliyev, 33. Hüseyn Novruzov, 29. Musa Qurbanlı.
Ehtiyat oyunçu: 63. Ayhan Arazlı.
Baş məşqçi: Azər Məmmədov.
Zirə-2: 73. Səbuhi Əliyev, 13. Murad Musayev (k), 7. Fərcad-Azad Pərdis, 26. Miloş Radivoyeviç, 57. Kənan Zülfüqarov (54. Hüseyn Əhmədov, 46), 71. Qara Mehrəlizadə, 47. Əmrah Bayramov, 74. Rahid Ağazadə (19. Nurlan Rzazadə, 64), 55. İlyas İlyasov (92. Pərvin Kərimli, 76), 64. Kənan Cəfərov (66. Ağarəhim Kərimov, 63), 29. Zahir Xanhüseynli.
Ehtiyat oyunçular: 72. Uğur İbrahimov, 16. İbrahim Aslanlı, 21. Əziz İsmayılov, 22. Milad Bayramov, 45. Samir Qasımov, 50. Məhərrəm Həsənov, 70. İlqar Nuruşov, 80. Oqtay Quliyev.
Baş məşqçi: Kamen Vasilyev.
Qollar: X.Sadıxov, 29 (1:0). E.Cəfərquliyev, 64-p. (2:0). M.Qurbanlı, 76 (3:0). M.Qurbanlı, 82 (4:0).
Vərəqələr: P.Fərcad-Azad, 30. H.Əhmədov, 31. H.Novruzov, 33. İ.Hüseynov, 34. P.Kərimli, 87 - sarı. H.Novruzov, 78 - qırmızı (ikinci sarı).
Hakimlər: NAHİD XASIYEV, Cavanşir Yusifov, Elmin Süleymanov, Elçin Məsiyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
4 mart. Suraxanı. Azərsun Arena. 40 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
1. MOİK 17 13 2 2 33-13 41
2. Sumqayıt-2 17 13 1 3 45-16 40
3. Neftçi-2 17 11 2 4 30-18 35
4. Zaqatala 17 8 6 3 27-16 30
5. Qarabağ-2 17 9 2 6 33-20 29
6. Şüvəlan 17 7 5 5 20-19 26
7. Sabah-2 17 7 4 6 16-11 25
8. Keşlə-2 17 7 2 8 24-23 23
9. Qaradağ Lökbatan 17 7 2 8 14-19 23
10. Səbail-2 17 6 2 9 25-37 20
11. Kəpəz 17 3 5 9 11-22 14
12. Turan Tovuz 17 4 1 12 19-35 13
13. Ağsu 17 2 4 11 13-35 10
14. Zirə-2 17 3 0 14 15-41 9
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 14, Cavad Kazımov (Zaqatala) - 11, Elnur Süleymanov (Neftçi-2), Elvin Nəsibov (Sumqayıt-2) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR