Sizin reklam burada

Xorvatiyanın heyəti açıqlandı

Baxış Sayı:513

Xorvatiyanın heyəti açıqlandı
Yığmanın martın 21-də Xorvatiyanın qonağı olacağını bilirsiz. Rəqibin həm bizim milli, həm də Macarıstanla seçmə oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Zlatko Daliç 24 futbolçuya dəvət göndərib. Siyahıdakı futbolçu və klub adları isə “göz oxşayır”: qapıçılar - Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa (Riyeka); müdafiəçilər - Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer-04", Almaniya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Marin Leovats ("Dinamo", Zaqreb), Antonio Miliç ("Anderlext", Belçika), Duye Çaleta-Tsar ("Marsel", Fransa); yarımmüdafiəçilər - Luka Modriç ("Real ", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Marko Roq ("Sevilya", İspaniya), Mario Paşaliç ("Atalanta", İtaliya), Filip Bradariç ("Kalyari", İtaliya); hücumçular - İvan Perişiç ("İnter", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Marko Pyatsa ("Fiorentina", İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya), Yosip Berkalo ("Volfsburq", Almaniya).
Bundan başqa, qapıçı Yosip Posavets (Hayduk), müdafiəçilər Karlo Bartolets (Norşellan), Marin Ponqraçiç ("Zaltsburq", Avstriya) və hücumçu Bruno Petkoviç ("Dinamo", Zaqreb) ehtiyat oyunçu qismində nəzərdə tutulublar.
Yeri gəlmişkən, Zlatko Daliç yığmamızla oyun haqda danışıb: "Seçmə mərhələnin startı üçün çox vaxtımız yoxdu. Cəmi iki məşqimiz olacaq. Azərbaycanla matçın favoriti bizik. Ancaq rəqibi qiymətləndirməsək, ciddi problemlərimiz olar. İndi vəziyyət dəyişib, dominantlıq edəcək tərəf biz olmalıyıq. Topa nəzarət etməklə yanaşı, təmkinli davranmaq lazımdı. İlk görüş olduğundan, rəqibin müdafiə xəttini yarmağın çətin olacağını gözləyirəm. Nikola Yurçeviçin təyinatına gəlincə, bu, onlar üçün müsbət haldı. Yurçeviç orda olduğundan, bizə çətin olacaq. Ancaq buna baxmaq lazım deyil. Dolu tribunalar önündə bizə heç kim heç nə edə bilməz, Azərbaycan da həmçinin”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR