Portuqaliya sequndasında 24-cü turun oyunları keçirilib. Renat Dadaşovun formasını geydiyi "Eştoril” səfərdə “Varzim”lə qarşılaşıb. Oyunda qol səsi çıxmayıb. Dadaşov qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. “Eştoril” 41 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Türkiyənin 1-ci liqasında isə 24-cü turun qarşılaşmaları baş tutub. Dəniz Yılmazın şərəfini qoruduğu “Gənclərbirliyi” “Afyonspor”un qonağı olub. Qolsuz heç-heçə ilə bitən görüşdə Dənizin adı protokola salınmayıb. “Gənclərbirliyi”nin 48 xalla 2-ci olduğunu da qeyd edək.
Turun digər oyununda isə Ufuk Budakın komandası “Boluspor” doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Bolu təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Ufuk start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. 35 xalı olan “Boluspor” 9-cu yerdədi.