Sizin reklam burada

Rüfət Quliyev “Ağsu”dan ayrıldı

Baxış Sayı:745

Rüfət Quliyev “Ağsu”dan ayrıldı
“Bu vəziyyəti özümə sığışdıra bilmədim”
“Ağsu” deyəndə, ağlımıza dərhal Rüfət Quliyev gəlirdi. Çünki klub yarandığını gündən – 2012-nin avqustundan bu yana yığmanın sabiq yarımmüdafiəçisi təkcə baş məşqçi deyildi. O həm inzibatçı, həm klub rəsmisi, həm də mətbuat katibi sayılırdı. “Ağsu”yla bağlı sual yarananda Rüfət bəyə zəng etmək kifayət edirdi ki, məsələyə aydınlıq gətirək. Bütün bunlar keçmişdə qaldı. Çünki Rüfət Quliyev artıq baş məşqçi deyil. Cari mövsümdə bölgə təmsilçisinin özünə bənzəməməsi, 17 oyundan sonra hesabına cəmi 10 xal yazdırmaqla 14 komanda arasında 13-cü pillədə yer alması çalışdırıcını qərar verməyə məcbur edib. Əldə etdiyimiz bilgiyə görə, Quliyev martın 1-də “Səbail-2”yə evdəki 3:4 hesablı yenilgidən sonra öz xoşu ilə “Ağsu”dan ayrılmaq qərarını verib. Rəhbərliklə danışandan sonra isə məsələyə nöqtə qoyulub.
Xəbərin doğruluğunu yoxlamaq, həm də detallı məlumata sahib olmaq üçün səbəbkarın özünü aradıq: “Bəli, “Ağsu” ilə yollarımız ayrıldı. Öz istəyimlə istefa verdim. Rəhbərlik də sağ olsun, istefamı qəbul etdi. Mən, sadəcə, baş məşqçi postundan getmişəm. Lakin azarkeş olaraq yenə “Ağsu”nun yanında olacam və gələcəkdə bu komandanın uğur qazanmasını arzulayacam. O ki qaldı istefanın səbəbinə, ətraflı danışmaq istəmirəm. Qısaca onu deyə bilərəm ki, cari mövsümdəki nəticələr qərar verməyimi şərtləndirdi. Bu vəziyyəti özümə sığışdıra bilmədim. Bəlkə də yeni gələn baş məşqçi vəziyyəti düzəldəcək. Futboldu, məşqçilər gedir, futbolçular qalır, komanda yenə öz yoluna davam edir. Ümid edirəm ki, ürəkaçan nəticələr olacaq. Gələcəyimlə bağlı indidən nəsə deyə bilmərəm. Bəlkə bir müddət istirahət etdim. Bilmək olmaz, bəlkə də birbaşa fəaliyyətə başladım. Fürsətdən istifadə edib 7 ilə yaxın müddətdə daim yanımızda olduğunuz və maraqlandığınız üçün qəzetinizin kollektivinə təşəkkür edirəm”.
Qeyd edək ki, Rüfət Quliyev “Ağsu”nun baş məşqçisi olduğu dönəmdə bölgə təmsilçisi çempionluğu bayram etməklə yanaşı, bir dəfə gümüş, iki dəfə gümüş medalların sahibi olub. Üstəlik, “Ağsu”da beş yaş qrupunda uşaq komandaları yaradılıb.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR