Həftəsonu futzal üzrə ölkə çempionatının birinci liqasında 20-ci turun oyunları keçirilib. Bəribaşdan qeyd edək ki, turda iki qarşılaşma baş tutmayıb.
Xəbər verdiyimiz kimi, Avropa çempionatının əsas mərhələsinə hazırlaşan U-19-un ADBTİA ilə dueli qeyri-müəyyən müddətə təxirə salınıb. "Sabunçu" – "Green Log" oyunu isə birincilərin təyin edilən vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Bu o deməkdi ki, İntizam Komitəsi sabahkı iclasında "Sabunçu"ya texniki məğlubiyyət verəcək.
Turun mərkəzi oyununda lider "Baku Fire" ən yaxın izləyicisi "Standard" ilə münasibətləri aydınlaşdırıb. Gərgin keçən qarşılaşmada qələbəni “Bakı alovu” bayram edib. “Baku Fans” isə “Metropoliten”i məğlub etməklə turnir cədvəlində də bu komandanı üstələyib. “Füzuli” – “Zəngilan” qarşılaşmasında tərəflər hərəyə cəmi bir qol vurub bir xal qazanıblar. Bundan başqa, "Çinar Cəbrayıl" "Ulduz"dan, AZMİU "Abşeron"dan, "Yasamal" MFK-2 isə aşkar autsayder "Sovetski"dən üstün olub.
Ulduz – Çinar Cəbrayıl 8:5
Bakı Fire – Standard 6:2
Abşeron – AZMİU 3:7
Füzuli – Zəngilan 1:1
Baku Fans – Metropoliten 6:4
Sovetski – Yasamal MFK-2 5:7
1. Baku Fire 20 19 1 0 170-32 58
2. Standard 20 18 0 2 167-55 54
3. ADBTİA 19 17 1 1 169-26 52
4. AZMİU 20 12 2 6 110-68 38
5. U-19 19 11 2 6 144-48 35
6. Baku Fans 20 11 1 8 102-74 34
7. Green Log 19 10 2 7 91-69 32
8. Metropoliten 20 10 2 8 104-129 32
9. Yasamal MFK-2 20 10 1 9 105-93 31
10. Zəngilan 20 9 3 8 94-76 30
11. Ulduz 20 5 1 14 95-116 16
12. Abşeron 20 4 1 15 75-174 13
13. Füzuli 20 3 3 14 52-146 12
14. Sabunçu 19 3 2 14 48-160 11
15. Çinar Cəbrayıl 20 2 2 16 52-160 8
16. Sovetski 20 1 2 17 54-192 5