"Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçuk "Astana"da ilk kubokunu qazanıb. Paytaxt təmsilçisi Qazaxıstan Superkuboku uğrunda matçda gümüş medalçı "Kayrat"ı məğlub edib - 2:0. "Astana" bu titula 4-cü dəfə sahib çıxıb. Əvvəllər Superkubok 2011, 2015 və 2018-ci illərdə əldə edilib. "Astana"ya 2018-ci il iyunun 1-dən baş məşqçi təyin olunan Qriqorçuk son mövsümdə çempion olsa da, həmin vaxt şəxsi məsələlərə görə komandadan kənarda qalıb.
Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ"də çalışdığı 3,5 ildə çemponatımızın gümüş və bürünc medalçısı olsa da, titul qazana bilməyib.