Sizin reklam burada

Delarjın qolu da “Qarabağ-2”ni xilas etmədi

Baxış Sayı:407

Delarjın qolu da “Qarabağ-2”ni xilas etmədi
Birinci divizionda 17-ci tura dünən start verildi. Turun prinsipial qarşılaşmaları məhz ilk oyun gününə təsadüf etdi. Belə ki, liderlər MOİK və “Sumqayıt-2” dünən çətin rəqiblərlə üz-üzə gəldi. Bəribaşdan qeyd edək ki, hər ikisi növbəti 3 xalı hesabına yazdırdı. “Hərbçilər” “Şüvəlan”ı Raul Yaqubzadənin elə startda – 1-ci dəqiqədə vurduğu yeganə qol sayəsində üstələdi. Bununla da çempionatın bombardiri qollarının sayını 14-ə çatdırdı. Beləliklə, Azər Bağırovun komandası çətin dueldən qalib ayrılaraq, zirvədəki yerini qorudu. Halbuki “Sumqayıt-2” də meydandan maksimum nəticə ilə ayrıldı. Həm də Elbrus Məmmədovun komandası daha inamlı qələbə qazandı. Erkən qollarla hesabda 2 topluq fərq yaradan “Sumqayıt-2”ni fasilə ərəfəsində Con Delarj məyus etsə də, fasilədən sonra daha bir dəfə fərqlənən İbrahim Əliyev dubl müəllifi olmaqla yanaşı, MOİK-lə məsafəni qorudu. Yeri gəlmişkən, bu, “Qarabağ-2”nin Azər Məmmədovun rəhbərliyi altında ilk məğlubiyyəti olub. Ağdamlılar onun başçılığı altında 2, ümumilikdə son 3 matçda qələbə qazanmışdı. Dünən həmçinin “Keşlə-2” ilə “Sabah-2” münasibətlərinə aydınlıq gətirdi. Paytaxt təmsilçilərinin duelində debütant inamlı qələbə qazandı. Beləliklə, “Sabah-2” “Keşlə-2” də daxil olmaqla, iki komandanı geridə qoyaraq, 7-ci pilləyə yüksəldi.
Birinci divizion
2-ci dövrə, 17-ci tur
28 fevral
Keşlə-2 – Sabah-2 0:2
Tural Nəsirov, 21. Rza Biqdelo, 55.
Qarabağ-2 – Sumqayıt-2 1:3
Con Delarj, 44 - İbrahim Əliyev, 14; 71. Murad Xaçayev, 21.
MOİK – Şüvəlan 1:0
Raul Yaqubzadə, 1.
Tura bu gün yekun vurulacaq. “Qaradağ Lökbatan” “Kəpəz”i qonaq edəcək. Elçin Dərgahquliyevin yetimələri ardıcıl iki məğlubiyyətdən sonra qələbə qazana bilsə, turnir cədvəlində 9-cu yerdən hətta 5-ə qədər irəliləyə bilər. İlk “üçlüy”ə düşməyə can atan, 2019-cu ilə uğursuz start verməsinə rəğmən, son iki turda maksimum nəticə əldə edən “Zaqatala” “Turan Tovuz”u sınağa çəkəcək. Həmin komandanı ki, yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununu keçirəcək. Qələbəsiz, daha doğrusu, xal qazana bilmədiyi oyunlar seriyası 6-ya çatan qərb təmsilçisi Nizami Sadıqovun başçılığı ilə uğursuz axara son qoymağa çalışacaq. İlk “üçlük”də qərarlaşan “Neftçi-2” isə “Zirə-2” ilə “ASK Arena”da üz-üzə gələcək. Mahmud Qurbanovun komandası aşkar autsayderlə dueldə çətinlik çəkməməlidi. Nəhayət, “Ağsu” doğma azarkeşləri önündə “Səbail-2” ilə münasibətlərinə aydınlıq gətirəcək. “İkinci eşelon”da qərarlaşan komandaların görüşünü iki həftə əvvəl sürpriz şəkildə premyer-liqada debüt edən Rauf Allahverdiyev idarə edəcək.
1 mart
Qaradağ Lökbatan – Kəpəz
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Zöhrab Abbasov, Teymur Teymurov, Nahid Xasıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00
Zaqatala – Turan Tovuz
Hakimlər: ETİBAR HƏSƏNOV, Nahid Əliyev, Elxan Əsgərzadə, Ziya Nəsirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Zaqatala. Şəhər stadionu. Saat 15.00
Neftçi-2 – Zirə-2
Hakimlər: NİCAT İSMAYILLI, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. ASK Arena. Saat 15.00
Ağsu – Səbail-2
Hakimlər: RAUF ALLAHVERDİYEV, Pərvin Talıbov, Səbuhi Əmrahov, Elçin Məsiyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Ağsu. Şəhər stadionu. Saat 15.00
1. MOİK 17 13 2 2 33-13 41
2. Sumqayıt-2 17 13 1 3 45-16 40
3. Neftçi-2 16 10 2 4 25-18 32
4. Zaqatala 16 7 6 3 26-16 27
5. Qarabağ-2 16 8 2 6 29-20 26
6. Şüvəlan 17 7 5 5 20-19 26
7. Sabah-2 17 7 4 6 16-11 25
8. Keşlə-2 17 7 2 8 24-23 23
9. Qaradağ Lökbatan 16 7 2 7 14-18 23
10. Səbail-2 16 5 2 9 21-34 17
11. Turan Tovuz 16 4 1 11 19-34 13
12. Kəpəz 16 2 5 9 10-22 11
13. Ağsu 16 2 4 10 10-31 10
14. Zirə-2 15 3 0 12 15-32 9
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 14, Cavad Kazımov (Zaqatala) - 11, Elvin Nəsibov (Sumqayıt-2) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR