“Zaqatala” premyer-liqanı arzulayır
Rüstəm Məmmədov: “Qış fasiləsində 8 futbolçumuz başqa komandalardan təklif almışdı”
Vaxtilə Zaqatala səfəri deyəndə “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran” kimi komandalarda top qovan futbolçuların canına üşütmə düşərdi. “Simurq”la səfər qarşılaşmasından xalla qayıtmaq, necə deyərlər, hər oğulun başı üçün deyildi. Lakin Cahangir Hacıyevin üzləşdiyi məlum problemlərdən sonra Zaqatalada böyük futbol vaxtından əvvəl “canını tapşırdı”. Düzdü, indi rayonun birinci divizionda çıxış edən eyniadlı komandası var. Amma razılaşaq ki, bu həna o hənadan deyil. “Yaşıllar”ın gələcəklə bağlı planlarında ümidverici heç nə görünmür. AFFA rəhbərliyi regionlarda futbol olsun deyə, müəyyən vəsaitlə klubu yaşatmağa çalışır.
“Zaqatala” cari mövsümə yaxşı başlamasa da, tədricən özünə gəlməyi, mükafatçı yerlər uğrunda mübarizə aparmağı bacardı. Bu gün də iddialılar üçün çətin rəqiblərdən sayılır. Lakin bir sıra suallar var ki, cavabı hələ də çoxları üçün qaranlıqdı. Odu ki, komandanın baş məşqçisi, yaxın keçmişə qədər “Simurq”un uğurları üçün tər tökən Rüstəm Məmmədovla danışmağı lazım bildik.
- Sabah (bu gün) “Turan Tovuz”u qəbul edəcəksiz. Hədəf növbəti 3 xaldı?
- Sevindirici haldı ki, oyuna tam heyətlə hazırlaşırıq. Buna qədər zədəli və cəzalı futbolçularımız vardı. Şükür, bu dəfə belə problem olmayacaq. Yalnız Turan Manafov vərəqə cəzalısıdı. Hədəfə gəlincə, yalnız və yalnız qələbə haqda düşünürük. Heç-heçəni ağlımızın ucundan da keçirmirik.
- “Zaqatala”nın cari mövsüm üçün hədəfi nədi?
- Rəhbərlik tərəfindən qarşıya qoyulan hədəf Zaqatalada futbolun olması və yerli futbolçuların inkişaf etməsidi. Yəni turnir cədvəli baxımından hansısa tapşırıq qoyulmayıb. Amma məşqçilər heyəti olaraq qarşımıza yekunda ilk “3-lük”də yer almaq hədəfini qoymuşuq. Belə deyim, medallar uğrunda mübarizə aparırıq.
- Birdən çempion olduz. Növbəti mövsümdə “Zaqatala”nın premyer-liqada çıxış etməsi mümkün olacaqmı?
- Bu, bizdən asılı olan məsələ deyil. Çünki növbəti mövsümdə yüksək dəstədə neçə komandanın olacağını bilmirik. 8 iştirakçı qala, yaxud say 10-a, 12-yə yüksəldilə bilər. AFFA-nın lisenziyalaşdırma işlərində bacardığımız qədər fəal olmağa çalışırıq. Bildiyimə görə, bu mənada hansısa nöqsan aşkarlanmayıb. Aşağı yaş qruplarında 9 komandamız var. Onlardan 6-sı AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir. Stadion, baza, şərait – bunlar da lazım olan səviyyədədi. Çatışmayan təkcə sponsordu. Çempion olsaq və elitada iştirakımıza icazə verilsə, sizi inandırım, bu, Zaqatala üçün əsl bayram olar.
- Ümumi şərait necədi?
- Mükəmməl desəm, yalan olar, qənaətbəxşdi. Başqa rayonlarda, hətta Bakıda gördüklərimizdən qat-qat yaxşıdı. Birinci divizionda 1-2 klubun şəraiti bizimki ilə eyni olar, bəlkə də olmaz. Bəzən elə şəraitlə rastlaşırıq ki, Zaqataladakı şəraitə şükür edirik. Zaqatalaya gələn rəqiblər də bunu təsdiqləyə bilər.
- Maliyyə sıxıntısı yoxdu?
- Xeyr, qətiyyən. Divizion səviyyəsinə görə ortabablardan sayılırıq. Maaş vaxtında verilir, klubun İdarə Heyətinin sədri Musa Qurbanov sağ olsun, qələbələrə görə mükafat paylayır.
- Ətraf şəhər və rayonlardan gələn futbolçuların vəziyyəti necədi? Harda qalırlar, harda qidalanırlar?
- Olimpiya Kompleksinin ərazisində kotteclər var. İsti havalarda futbolçular orda məskunlaşır. Otaqların hər birində kondisioner var. Lakin isitmə sistemi olmadığından, qış aylarında stadiondakı bazada qalırlar. Vaxtilə “Simurq”un əvəzediciləri burda məskunlaşmışdı. 14 nəfər kənardan gələn uşaqlarımız var, bazada onlar üçün hər cür şərait yaradılıb, istilik sistemi çəkilib. Digər məsələyə gəlincə, kompleksin yeməkxanasında gündə üç dəfə yemək verilir. Hər uşağa aylıq təxminən 400 manat yeməkpulu ayrılır.
- “Zaqatala”da zaqatalalı futbolçuların sayı neçə nəfərdi?
- 13 nəfər yerli uşaqdı.
- Mövsümün ortalarında qələbələri sıralamağa başlamışdız. Belədə qış fasiləsində futbolçularınıza “elçi düşənlər” oldu?
- Çempionatın ilk yarısı başa çatan kimi 8 futbolçumuz başqa komandalardan təklif almışdı. İki-üç təklif həmkarlarım tərəfindən birbaşa mənə olmuşdu. Digərləri isə uşaqların özlərinə edilmişdi.
- Deyilənə görə, bölgədə yaşamaq çətindi. Nə üçün təklifləri dəyərləndirmədilər?
- Yekəxanalıq olmasın, bu gün onlar üçün yaradılan şəraiti özləri görür. Başqa komandalar aylıq 100-200 manat artıq maaş təklif edirdi. Lakin Bakıda yaşamaq üçün 100 yox, heç 200 manat artıq da bəs etmir. Kirayə ev tutmalıdı, özü qidalanmalıdı, yolpulu, yol yorğunluğu-filan. Bütün bunları nəzərə alanda “Zaqatala” sərfəli komandadı. Burda qalmağın üstünlüyü odu ki, stadion, trenajor zalı, təmiz hava sərəncamlarındadı. Boş vaxtlarını da futbola həsr edə bilirlər. Bakıda elədi ki, saatyarım məşq elədi, ondan sonra evinə getməlidi.
- Musa və Qurban Qurbanov qardaşları öz yerində, İlkin Qırtımov, Rasim Ramaldanov, Vüqar Mustafayev, hətta sizin özünüz də Zaqatala futbol məktəbində yetişən futbolçular kimi yadda qalmısız. Davamçılar yetişir?
- Bu dəqiqə sərəncamımda U-21 səviyyəsində 4-5 futbolçumuz var. Hər halda, sınanmağa layiqdilər. Hətta deyərdim ki, premyer-liqada da oynaya bilərlər. Sadəcə, gəncdilər, təcrübələri yoxdu. Təzyiqə öyrəşmələri, rəqabətə tab gətirmələri üçün vaxt lazımdı. Bizdə elədi ki, elitada oynayırsansa, nəticə verməlisən. Heç kim səni gözləmir.
- Həqiqətənmi bölgədəki bacarıqlı futbolçular diqqətdən kənarda qalır?
- Məncə də belədi. 18-20 yaş aralığında futbolçular elə yaş dönəmindədi ki, onlar üçün psixoloji durum olduqca vacibdi. Bəzən səfər oyununda özlərini tam göstərə bilmirlər. Hava şəraiti, yararsız meydan, yaxud azarkeş basqısı az da olsa, təsir edir. Ancaq doğma meydanda oynayanda tam fərqli təsir bağışlayırlar. Nəticələrə baxsaz, görərsiz ki, cari mövsümdə evdə yalnız bir oyunda – ilk turda “Keşlə-2”yə məğlub olmuşuq. Zaqatalada çempionluğa iddia edən “Sumqayıt-2”ni məğlub edib, MOİK-lə heç-heçə oynadıq. Həm uşaqlarda özünəinam olur, həm də meydanın durumu ürəkaçandı. Ona görə də yığma məşqçiləri gənc futbolçuları bölgələrdə izləsələr, yaxşı olar.
- Nəticələrdən söz düşmüşkən, mövsümə heç də yaxşı başlamamışdız. Lakin sonradan toparlanmağı bacardız ki, ardıcıl 10 oyunda komandanız məğlubiyyətin nə olduğunu bilmədi. Nə baş vermişdi?
- Ciddi heç nə baş verməmişdi. Sadəcə, yayda yeni komanda qurmuşduq. Xeyli sayda yeni futbolçu gəlmişdi, üstəgəl, çempionat başlayana qədər cəmi iki yoldaşlıq görüşü keçirmişdik. Halbuki azı 5-6 oyun keçirməliydik. Ona görə də anlaşma səviyyəsində müəyyən problemlərimiz vardı. Futbolçular oyundan-oyuna özlərinə gəldilər, uyğunlaşdılar.
- Qısa zamanda C və B kateqoriyalarına sahib olmuşduz. A lisenziyası haqda düşünmürsüz?
- Bu haqda rəhbərliklə söhbətimiz olub. İnşallah, bu il A kurslarına qatılacam.
HƏBİB

Son xəbərlər

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Bütün xəbərlər