Sizin reklam burada

Yığma üzvləri Moskvada fiasko yaşadı, ölkə çempionu parladı

Baxış Sayı:679

Yığma üzvləri Moskvada fiasko yaşadı, ölkə çempionu parladı
Moskvada ənənəvi "Aeroflot Open" şahmat festivalı başa çatıb. Fevralın 26-da A turnirində 8-ci turun görüşləri keçirilib. Hər iki təmsilçimiz qara fiqurlarla oynayıb. Rauf Məmmədov (2703) ispan Migel Santos Ruislə (2554) heç-heçə edibsə, Eltac Səfərli (2681) özbək Nadirbəy Əbdüsəttarova (2560) uduzub. Dünən isə sonuncu turun oyunları baş tutub. Rauf “ağlar”la Babu Laliti (Hindistan, 2556) üstələyib. Eltac isə Əmirrza Purramazanəli (İran, 2529) ilə xal bölgüsünə razılaşıb. Beləliklə, Məmmədov 5 xalla 40-cı, Səfərli isə 4 xalla 75-ci yeri tutub. Turnirin qalibi 7 xal toplayan eston Kaydo Kulaots olub.
B turnirində də mübarizəyə yekun vurulub. Kişilər arasında son ölkə çempionu, 15 yaşlı Məhəmməd Muradlı 6,5 xalla ikinci yeri tutub. Digər təmsilçilərimizdən Vüqar Əsədli 6 xalla 9-cu, Aydın Süleymanlı 5,5 xalla 21-ci, Xanım Balacayeva 4 xalla 82-ci, Riad Səmədov 3 xalla 114-cü , Ülviyyə Fətəliyeva 3 xalla 115-ci olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR