Sizin reklam burada

Atlanta Olimpiadasının xanım iştirakçısı U-19-da

Baxış Sayı:488

Atlanta Olimpiadasının xanım iştirakçısı U-19-da
19 yaşadək futzalçılardan ibarət yığmanın Türkiyəyə hər iki yoxlama matçında uduzması, xüsusilə fevralın 21-də baş tutan görüşdə darmadağına məruz qalması birmənalı qarşılanmadı. Avropa çempionatına hazırlaşan millinin sanki yeni yığılan komanda təsiri bağışlaması, çarəsiz görünməsi problemlərin ciddiliyindən xəbər verdi. Yığma üzvləri - baş məşqçi Ağatahir Əzimov və yetirmələri isə problemin kökündə fiziki hazırlığın dayandığını önə çəkdilər. Daha doğrusu, məhz fiziki cəhətdən rəqibdən geri qaldıqlarına görə uduzduqlarını əsas göstərdilər. Əzimov qəzetimizə verdiyi müsahibədə təlim-məşq toplanışının daha bir həftə uzadıldığını və bu müddətdə fiziki çalışmalara üstünlük veriləcəyini demişdi. Gənc mütəxəssis həmçinin yığmaya fiziki hazırlıq üzrə məşqçi cəlb olunacağını demişdi.
U-19 artıq üç gündü "Gənclik" metrosunun yaxınlığındakı manejdə güc, dözümlülük və sürətə hesablanan məşq keçir. Ağatahir Əzimova fiziki hazırlıq üzrə xanım məşqçi kömək edir. Bu, Elvira Cabbarovadı. 42 yaşlı xanım atlet əslində tanış simadı. Elvira Cabbarova 1996-cı ildə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edib. O, ABŞ-ın Atlanta şəhərində baş tutan 26-cı Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda 11.96 saniyə nəticə ilə təsnifat mərhələsində 8-ci yeri tutub.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR