Birinci divizionun 16-cı turu çərçivəsində baş tutan “Kəpəz” – “Zaqatala” matçında rəqib futbolçunun kobud oyunu nəticəsində zədələnərək görüşü davam etdirə bilməyən Nicat Verdiyev əməliyyat olunub. “Sarı-göylər”in əsas heyətinin üzvünə MRT müayinəsi zamanı körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Gəncədə özəl xəstəxanalardan birində əməliyyat olunan yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənar qalacaq.