Sizin reklam burada

Yurçeviç həyat yoldaşı ilə birgə qayıtdı

Title
Yurçeviç həyat yoldaşı ilə birgə qayıtdı
Ötən saylarımızdan birində yığmanın baş məşqçisi Nikola Yurçeviçin Bakıya bazar günü, günorta saatlarında gələcəyini xəbər vermişdik. Bu haqda AFFA-dan məlumat almışdıq. Lakin premyer-liqanın 18-ci turunun bazar gününə təsadüf edən oyunlarında xorvat mütəxəssis gözümüzə dəymədi. Odu ki, dünən assosiasiya ilə yenidən əlaqə saxlamağı lazım bildik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Yurçeviçin dünən səhərə yaxın Bakıya çatdığını söylədi. Onu da qeyd edək ki, xorvat çalışdırıcı ölkəmizə tək gəlməyib. Həyat yoldaşı da mütəxəssislə birlikdə Bakıya təşrif buyurub. Yurçeviçin “Bulvar” otelində qaldığını da bildirək.
Yeri gəlmişkən, xorvat mütəxəssislə müqavilənin imzalanmadığını bilirsiz. Rəsmi sənədə qol çəkiləndən sonra onun yığmanın baş məşqçisi postunda nə qədər qazanacağı da açıqlanacaq. Həmçinin Yurçeviçin yerli köməkçilərinin kim olacağı da bilinmir. Yalnız Dmitri Kramarenkonun millidə işini davam etdirəcəyi deyilir. Firuz bəydən müqavilənin nə vaxt imazalanacağını və köməkçilərin bilinib-bilinmədiyini də soruşduq. AFFA rəsmisi bütün bunlarla bağlı yenilik olan kimi açıqlama veriləcəyini bildirdi.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.