Sizin reklam burada

“Turan Tovuz” Nizami Sadıqova tapşırıldı

Baxış Sayı:535

“Turan Tovuz” Nizami Sadıqova tapşırıldı
“Bu yükün altına girirəmsə, mənə inanan insanların güvənini doğrultmağa çalışacam”
Ötən sayımızda uğursuz nəticələrə görə Eltay Aslanovun “Turan Tovuz”un baş məşqçisi postundan istefa verdiyini xəbər vermişdik. Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edən qərblilərin baş məşqçisiz günləri çox da uzun çəkmədi. Əldə etdiymiz məlumata görə, klubun Müşahidə Şurası “sükan arxasına” Tovuz futbolunun canlı əfsanəsi, futbol ictimaiyyəti arasında daha çox “Cəfər” ləqəbi ilə tanınan Nizami Sadıqovu gətirməyi planlaşdırır.
Söylənilənlərin nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini öyrənmək üçün “Turan Tovuz”un Müşahidə Şurasının rəhbəri Oqtay Abdullayevi aradıq. Oqtay bəy deyilənləri təsdiq etsə də, hələ ki bütün suallara nöqtə aydınlıq gəlmədiyini bildirdi: “Eltay Aslanovun istefasından sonra Müşahidə Şurasının üzvləri komandanı Nizami Sadıqova tapşırmaq istəyir. Artıq demək olar ki, “Turan Tovuz”un divizionda mükafatçılar sırasına düşməyəcəyi dəqiqləşib. Sadəcə, istəyirik ki, qarşıdakı aylarda yeni mövsüm üçün iddialı komanda formalaşdıraq. Və bu yöndə Nizami müəllimin xidmətində maraqlıyıq. Sadıqova ilkin olaraq kollektivə mövsümün sonuna kimi rəhbərlik etməyi təklif etmişik. 2018/19 “futbol ili” başa çatandan sonra yenidən onunla danışıqlar masası arxasına keçəcəyik. Sabah (bu gün) Tovuza gedirəm. Sadıqovla üzbəüz danışıb komandanın gələcək taleyi barədə fikir mübadiləsi aparacağıq”.
Məsələ ilə bağlı “Turan Tovuz”un yeni baş məşqçisi Nizami Sadıqovun da fikirlərini öyrəndik: “İlkin danışığa əsasən hələ ki komandaya mövsümün sonuna kimi rəhbərlik edəcəm. Çempionat başa çatandan sonra yenidən Müşahidə Şurasının üzvləri ilə görüşüb müzakirələr aparacağıq. Hər şey nəticədən və qarşıya qoyulan məqsəddən asılıdı. Tovuz futbol bölgəsidi. Bilirəm ki, bu komandanı çalışdırmaq böyük məsuliyyət deməkdi. Bu yükün altına girirəmsə, mənə inanan insanların güvənini doğrultmağa çalışacam”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR