Sizin reklam burada

Eltac Raufa çatdı

Baxış Sayı:669

Eltac Raufa çatdı
Moskvada təşkil olunan ənənəvi "Aeroflot Open" şahmat festivalının A turnirində dünən 7-ci turun görüşləri baş tutub. Qeyri-sabit çıxış fonunda liderlər qrupundan nəzərəçarpan dərəcədə uzaqlaşan təmsilçilərimiz ağ fiqurlarla oynamalarına rəğmən, fərqli nəticələrlə diqqəti çəkiblər. Rauf Məmmədov (2703) Nadirbəy Əbdüsəttarovun (Özbəkistan, 2560) müqavimətini qıra bilməyərək heç-heçə ilə kifayətlənib. Eltac Səfərli (2681) isə əksinə, Şəmsəddin Vahidovu (Özbəkistan, 2494) yenməklə durumunu bir qədər yaxşılaşdırıb. Hərəyə 3,5 xal toplayan yığmamızın üzvləri bu gün “qaralar”la mübarizə aparacaq. Rauf 8-ci turda Migel Santos Ruislə (Ospaniya, 2554), Eltac isə Nadirbəy Əbdüsəttarovla (Özbəkistan, 2560) qarşılaşacaq. Zirvəni 5,5 xalla üç şahmatçı bölüşür.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR